Modern.az

“Azərbaycanlı qardaşlarımız bizə yardım edir” – Türkiyəli jurnalistlər  

“Azərbaycanlı qardaşlarımız bizə yardım edir” – Türkiyəli jurnalistlər  

Aktual

4 Avqust 2021, 14:45

Türkiyə bir neçə gündür meşə yanğınları ilə intensiv mübarizə aparır. Yanğınların qarşısını almaq hələ də mümkün olmayıb, bəzi bölgələrdə Azərbaycan FHN-in qrupları ilə birgə tədbirlər davam etdirilir. 

 

Hazırda yanğın bölgələrində vəziyyət necədir? 

 

Türkiyəli jurnalist Melik Ak Modern.az-a açıqlamasında bildirib ki, yanğınların söndürülməsində iki qardaş ölkə birlikdə çalışır:

 

“Marmarisdə ən çox zərər görən yerlərdən biri Hisar önüdür. Küləyin artması və nəmin azalması ilə yanğın daha da böyüyüb. Nə lazımdırsa, etməyə çalışırlar. Söndürmə işləri 24 saat ərzində davam etdirilir. Çalışmalara Azərbaycandan göndərilən komanda da yardımçı olur. Qardaşlarımızın varlığı belə yetərlidir”.

 

Muğlanın Menteşə bölgəsində olan jurnalist Rojbin Hayrullaoğlu isə mövcud vəziyyəti belə izah edib:

 

“Menteşə sakinləri günün ilk saatlarında bir az da olsun nəfəs ala bildilər. Gecə boyu alovun hündürlüyü 20 metr olmuşdu. Yanğının yaşayış yerlərinə yaxınlaşmasına 30-40 metr qalmışdı.  Ancaq səhərə doğru yanğın nəzarət altına alındı. Təbii ki, küləyin şiddətinin azalması da işləri asanlaşdırdı. Digər komandalar hazır vəziyyətdə gözləyirlər”.

 

Aysel Məhərrəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü