Ukraynalı güləşçi Jan Belenyuk 87 kiloqram çəki dərəcəsinə qədər Yunan-Roma güləşində Olimpiya çempionu olub.
Modern.az xəbər verir ki, finalda o, Macarıstan təmsilçisi Viktor Lorintsi 5:1 hesabı ilə məğlub edib.
Bu, Ukraynanın Olimpiya Oyunlarında ilk qızıl medalıdır. Jan Belenyuk eyni zamanda, Ukrayna Ali Radasının üzvüdür.