Modern.az

Qarabağa turlar açılır: Ağdamlılar öz yurdlarına aparılacaq - EKSKLÜZİV

Qarabağa turlar açılır: Ağdamlılar öz yurdlarına aparılacaq - EKSKLÜZİV

Qarabağ

10 Avqust 2021, 13:17

"Yaxın vaxtlarda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam sakinləri üçün Ağdama turlar təşkil ediləcək".

 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Dövlət Agentliyinin sədri Fuad Nağıyev deyib. O qeyd edib ki, agentliyin əməkdaşları azad olunmuş ərazilərə tez-tez gedir və tədqiqatlar aparırlar:

 

"Həmin ərazilərə turları təşkil edərkən ilk növbədə mütləq şəkildə təhlükəsizliyin təminatını həyata keçirmək vacibdir. Buna görə qaydalar, marşrut tam müəyyənləşdikdə Ağdam sakinlərini öz doğma torpaqlarına aparmağı düşünürük. Güman edirik ki, payız ayları müddətində turlarımız baş tutacaq".

 

Fuad Nağıyev onu da qeyd edib ki, Ağdama təşkil edilən turlar ödənişli olacaq:


"Amma bu ödəniş formal məbləğ olacaq. Kommersiya məqsədi daşımayacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır