Arxiv
10 Avqust 2021, 17:24 | TƏHSİL
Qəbul imtahanlarının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

DİM-dən Modern.az-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə Mərkəzin saytında verilmiş linkdən tanış ola bilərlər.

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33610 abituriyentdən (I qrup üzrə 28605 nəfər, IV qrup üzrə 5005 nəfər) 1878 nəfəri (I qrup üzrə 1696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 26 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 11 nəfər - Qubadlı rayonu, Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri, 11 saylı orta məktəb (2 nəfər), Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiət-riyaziyyat təmayüllü), Şəki rayonu, 18 saylı şəhər orta məktəbi, Quba rayonu, Bağbanlı kənd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri, 1 saylı şəhər orta məktəbi, Qazax rayonu,1 saylı şəhər orta məktəbin məzunları göstəriblər.

 

Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

 

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu, Sirik kənd orta məktəbi və Quba rayonu, Rustov kənd orta məktəbinin məzunları göstəriblər.

 

Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu hər iki mərhələnin cəminə görə 692.5 bal toplayıb və bu nəticə IV ixtisas qrupu üzrə ən yüksək baldır.

 

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 13-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

 

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11-13 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

 

QEYD: DİM 14-15 iyul tarixlərində II və ya III ixtisas qrupu üzrə imtahan vermiş və nəticələri ilə əlaqədar Apellyasiya Komissiyasına müraciət etmiş abituriyentlərin nəzərinə çatdırır ki, komissiya artıq öz işini yekunlaşdırıb və nəticələrində dəyişiklik edilmiş şəxslərin səhifəsində müvafiq düzəlişlər öz əksini tapıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30 Naməlum virus DƏHŞƏTİ: 165 uşaq öldü 21 Oktyabr 2021, 16:24 Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ! 21 Oktyabr 2021, 16:19 Pambıqçılıqla bağlı yeni LAYİHƏ 21 Oktyabr 2021, 16:14 Metro gücləndirilmiş rejimə keçir 21 Oktyabr 2021, 16:08 Milyarder Vahid Ələkbərov Bakıdadır - FOTO 21 Oktyabr 2021, 16:02