Modern.az

Azərbaycan dili imtahanı başa çatdı 

Azərbaycan dili imtahanı başa çatdı 

12 Avqust 2021, 12:23

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları, həmin imtahanda iştirak edib qeyri-məqbul qiymət alan və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri, daha əvvəl keçirilən Azərbaycan dili imtahanlarında iştirak edib qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və ya tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri üçün imtahan keçirilib.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahan ümumilikdə 8 şəhər və rayonda (Bakı, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz), 11 binada təşkil olunub.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanda 1137 nəfərin iştirakı gözlənilirdi.

 

İmtahanın idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

 

İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 

Cari ilin məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

 

Buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili imtahanında iştirak edən şagirdlər üçün bal tələbi yoxdur və imtahan nəticəsi onların yekun attestasiya sənədinə yazılacaq.

 

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı