Modern.az

Zaqatalada mağazada yanğın - satıcı öldü

Zaqatalada mağazada yanğın - satıcı öldü

14 Avqust 2021, 00:30

Zaqatala rayonunun Mosul kəndində, məişət avadanlıqlarının satışı mağazasında yanğın hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Yanğın nəticəsində ümumi sahəsi 240 m² olan mağazanın yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yanğın zamanı 2001-ci il təvəllüdlü Qazıyev Raul Zeydulla oğlu xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. R.Qazıyev xəstəxanada vəfat edib.

 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!