Modern.az

Neft-qaz sektorunda 30 mindən çox insan çalışır

Neft-qaz sektorunda 30 mindən çox insan çalışır

İqtisadiyyat

17 Avqust 2021, 21:39

2021-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 288,8 min nəfər olub, onlardan 4 milyon 947,7 min nəfərini məşğul əhali təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsini hesabatında qeyd olunub.

 

Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1690,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908,1 min nəfər, qeyri-dövlət sektorunda isə 782,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1658,6 min nəfər çalışıb.

 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

 

Xidmət sahəsində işləyənlərin 19,4 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?