Modern.az

Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

23 Avqust 2021, 19:13

Bütün ümumi təhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında qeyd  olunub.

 

Bildirilib ki, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!