Arxiv
24 Avqust 2021, 10:58 | MÜSAHİBƏ
Prezidentə bal hədiyyə edən arıçının Kəlbəcər həyatı - MÜSAHİBƏ

Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfərləri zamanı orada arıçılarla görüşüb, səmimi söhbət ediblər. Uzun illərdən sonra Qarabağa köç edən arıçılar ölkə başçısına işləri barədə məlumat verib, həmçinin  Kəlbəcər balı hədiyyə ediblər.

 

Prezident və birinci xanımla görüşən arıçılardan biri Kəlbəcərdə doğulub-böyüyən, gənclik illəri Qarabağda keçən Sabir Mustafayevdir. O, ömrünün yarıdan çoxunu arıçılıqla məşğul olub, hazırda fəaliyyətini doğma yurdunda davam etdirir.

 

Sabir Mustafayev 28 ildən sonra geri döndüyü Kəlbəcər həyatı barədə Modern.az-a danışıb:

 

- Yenidən Kəlbəcərdəsiniz. Doğma el-obada işləriniz necə gedir?

 

- İşğaldan öncə də mən Kəlbəcərdə arıçılıqla məşğul olmuşam, 40 ildir arıçıyam. Arıçılıq üçün Kəlbəcər ən əlverişli yerdir.  Buranın bitki örtüyü zəngin olduğu üçün balımız çox keyfiyyətlidir. Sovet dövründə Xalq Təsərrüfatları sərgisi keçirilirdi və Kəlbəcər balı mükafata layiq görülmüşdü. Başqa bölgələrə nisbətən Kəlbəcərdə vəziyyət yaxşıdır. Çünki burada çiçəklər solmayıb. Bu, çox önəmlidir.

 

 

 

- Bu yaxınlarda Prezident Kəlbəcərdə arıçılarla görüşdü. Həmin görüşdə siz də iştirak etdiniz. Təəssüratlarınızı bilmək istərdik...

 

- Cənab Prezident bizimlə görüşərək, işlərimizlə maraqlandı. Görüş çox xoş oldu.  Biz Dəlidağın sağ ətəyində Qazıxan yaylağındayıq. Kəlbəcərdə bir süzüm etdik, əla alındı.  Prezident gələn yerə təxminən 1 aydır köçmüşük. 

 

Hazırda həmin bölgədəyik və arılarımız üçüncü süzümə gedir. Qazıxan yaylağında təxminən 8-10 kilo bal çəkəcəyik, çünki getdikcə havalar soyuyur.

 

- Bir neçə aydır ki, Qarabağ torpağındasınız. İndiyədək hansı təhlükə ilə üzləşmisiniz?

 

- Kəlbəcərə ilk arı köçünü mən gətirdim, bir gün sonra dörd nəfər gətirildi. Köçdüyümüz gündən çadırda qalırıq.  Gəlməmişdən öncə ölkə başçısına müraciət etmişdik. Bizə təhlükəsizliklə bağlı xəbərdarlıq olunmuşdu. Şükürlər olsun, indiyədək hər hansı xoşagəlməz hadisə baş verməyib. 

 

Burada yolların, körpülərin çoxu ermənilər tərəfindən dağıdılıb. Kəlbəcər rayonunun özünə işıq çəkilsə də kəndlərdə işıq yoxdu. Hətta bizim olduğumuz Qazıxan yaylağında telefon işləmir. Çətinliklər bunlardan ibarətdir. Kəlbəcərin əsas çətinliyi mağazanın və yanacaqdoldurma məntəqəsinin olmamasıdır. Çörək almaq üçün Gəncəyə getməlisən, məsafə çox uzaqdır. Marketə, yanacaqdoldurma məntəqəsinə çox ehtiyac var.

 

 

- Kəlbəcərə köçdüyünüz vaxtdan təsərrüfatınızda artım varmı?

 

- Bəli, artım var. Bura iki yüz arı ilə gəlmişdim, təxminən yüzə qədər arı ailəsi artıb.

 

- Kəlbəcər həsrətində olan arıçılar az deyil və onlar da bura gəlmək istəyirlər. Həmin arıçılara nə kimi məsləhətlər verə bilərsiniz?

 

- Arıçılar özlərini nizam-intizamlı aparsalar gələn ildən daha çox arı köçü olacaq. Söz verilmişdi ki, beş arıçı heç bir problem yaratmasa, hərbçilərin dediyinə əməl olunsa, köçün sayı artacaq. Deyildiyi kimi də edildi, bizdən sonra təxminən 20-30 köç oldu. Düzdür, tələblərə riayət etməyənlər də oldu, çaylardan farel balığı tutdular, cüyür ovladılar. Biz də istəyirik ki, arıçılıq üçün əlverişli yerlərə köçlər olsun. Məhsullarımızı fərqli ölkələrə də ixrac etmək istəyirik, bazarımız genişlənsin.

 

 

- Bəs hava şəraiti işlərinizə mane olmur ki?

 

- Quraqlıq olması problem yaradır. Sular azalıb, bizim kənddə təxminən üç dəfəyə qədər suyun səviyyəsi aşağı enib. Arıquşları bəzən arıları işləməyə qoymur, ancaq onlar köçəri quşlardır, uçub gedəcəklər.  

 

Kəlbəcərdə yaşayış olmadığı üçün meşədə ayılar çoxdur.  Bizim təsərrüfata ziyan verməyib, ancaq bəzi heyvandarların təsərrüfatına ziyan vurub.  Günəş panelləri ilə işıqlar qurmuşuq, arıxananı qoruya bilirik.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 546 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57 İlham Əliyev kralı təbrik etdi 4 Dekabr 2021, 14:48 Güləş Federasiyasının ofisindən oğurluq edənlər saxlanıldı 4 Dekabr 2021, 14:46 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI 4 Dekabr 2021, 14:44 Ordumuzun komando hərbi hissəsinə “Həyəcan” siqnalı verildi - VİDEO 4 Dekabr 2021, 14:40 Rusiya sülhməramlıları görün Qarabağda nəylə məşğuldu... 4 Dekabr 2021, 14:20 Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI 4 Dekabr 2021, 13:58 Bayramov-Mirzoyan görüşünün keçirilməmə səbəbi açıqlandı - RƏSMİ 4 Dekabr 2021, 13:57 İran səfiri Putinin xüsusi nümayəndəsilə nələrdən danışdı 4 Dekabr 2021, 13:49 Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb 4 Dekabr 2021, 13:46 Ali Radanın spikeri: Azərbaycan və Ukraynanı uğurlu gələcək birləşdirir 4 Dekabr 2021, 13:35 Rəsul Quliyev Bakıya gəlmək istəyir: “Hələ fikirləşirəm” 4 Dekabr 2021, 13:33 Bu fermerlərə subsidiya ödənilməyəcək 4 Dekabr 2021, 13:25 Qəbiristanlıq oğruları tutuldu 4 Dekabr 2021, 13:24 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna bilər - Hərbi ekspert 4 Dekabr 2021, 13:10 “Kaş Elnurun son halını görməyəydim” - Mərhum jurnalistin xanımı DANIŞDI - FOTOLAR 4 Dekabr 2021, 12:39 Bayramov-Mirzoyan görüşü niyə baş tutmadı... 4 Dekabr 2021, 12:18 Nə gündəsən, Yardımlı? 4 Dekabr 2021, 12:10 Sabahın hava proqnozu AÇIQLANDI 4 Dekabr 2021, 12:05 “AzerGold”dan çağırış: Həqiqəti əks etdirməyən məlumatlar imicimizə ciddi xələl gətirə bilər 4 Dekabr 2021, 11:57 Satıcı işlədiyi mağazadan 63 000 manat oğurladı 4 Dekabr 2021, 11:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?