Arxiv
25 Avqust 2021, 15:10 | HADİSƏ
Koronavirusdan vəfat edən azərbaycanlı cütlüklər: Eyni gündə dünyadan köçdülər - FOTOLAR

Bütün dünyanı cənginə alan koronovirus pandemiyası bir müddətlik səngisə də, yenidən alovlanmağa başlayıb. Son günlər yeni yoluxma halları ilə yanaşı ölüm sayında da kəskin artım müşahidə olunur.  İnsanların həyatını alt-üst edən COVİD bəlası bir çox ailələrə faciələr yaşatmağa davam edir. Hətta illərlə eyni həyatı bölüşən bir çox cütlüklər koronavirus səbəbindən eyni gündə də dünyalarını dəyişiblər.

 

Modern.az koronavirusa yoluxaraq həyatdan köçən cütlüklərlə bağlı araşdırma aparıb.

 

Araşdırma nəticəsində məlum olub ki, ötən ilin mart ayından bu günə qədər bir neçə azərbaycanlı ər və həyat yoldaşı COVİD infeksiyasının qurbanı olub.

 

 

Belə ki, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar. Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər.

 

Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Nəticədə Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.

 

 

AzTV-nin “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru, həmkarımız Arzu Mövlud (Məmmədova) və həyat yoldaşı ötən gün vəfat ediblər. Dünən səhər saatlarında koronovirusdan həyatını itirən Arzu Mövludun komada olan həyat yoldaşı ondan bir neçə saat sonra dünyasını dəyişib.

 

Növbəti ailə dramı Moskvada yaşanıb. Rusiyanın paytaxtında yaşayan azərbaycanlı ər və arvad eyni gündə koronovirusdan ölüblər.

 

Koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Bu barədə müğənni Rəqsanə İsmayılova "İnstagram" hesabında məlumat paylaşıb. Lakin vəfat edən şəxslərin adlarını açıqlamayıb.

 

 

Oğuz rayonunda da ər və arvad pandemiyanın qurbanı olublar.

 

Rayonun Xaçmaz kənd sakinləri - 1943-cü il təvəllüdlü Ağaəli Qədir oğlu Hacıyev və həyat yoldaşı, 1948-ci il təvəllüdlü Raya İdris qızı Camaləddinova koronavirusdan vəfat edib.

 

Məlumata görə, ahıl ər-arvad bir müddət əvvəl COVID-19-a yoluxublar və ev şəraitində müalicə alıblar. Müalicələrə baxmayaraq hər ikisi həyatlarını itiriblər. Onlar bir neçə saat fərqlə həyatla vidalaşıblar.

 

A.Hacıyev uzun müddət Xaçmaz kənd tibb məntəqəsində feldşer, R.Cəbrayılova isə həmin kəndin məktəbində ibtidai sinif müəllimi işləyib. Hər iki şəxs təqaüddə olub.

 

Bunlarla yanaşı, tanınmış vəkil Anar Qasımlının xalası Validə Sarıyeva və həyat yoldaşı İlham Sarıyev də koronovirusdan xilas ola bilməyiblər. Onlar bir gün fərqlə dünyadan köçüblər.

 

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07 Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR 20 Oktyabr 2021, 11:05 Sülhməramlılar Qarabağdakı 27 postda məşqlər keçirdi 20 Oktyabr 2021, 11:04 Bakıda bal yarmarkası açıldı 20 Oktyabr 2021, 11:00 Ermənilərin Şuşanın adını Şuşiyə çevirmək ideyası… 20 Oktyabr 2021, 10:54