19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
27 Avqust 2021, 11:35 | İQTİSADİYYAT
Nazir pambıqçı fermerlərlə görüşdü - FOTO

Azərbaycanda pambıq yığımı mövsümünə hazırlıq gedir. Sahələrdə defolyasiya tədbirlərinə başlanıb, rayonlar üzrə pambıqyığan kombayn, qoşqu və traktorların bölgüsü həyata keçirilir.

 

Modern.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov məhsul yığımı ərəfəsində Saatlı və Sabirabad rayonlarında pambıqçı fermerlərlə görüşüb. Açıq səma altında keçirilən görüşlərdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və fermerlərə ən çox gəlir gətirən sahəsinə çevrilib.

 

Bu il Saatlıda 14295 hektar, Sabirabadda 9260 hektar sahədə pambıq əkilib. Ölkə üzrə pambıq əkini sahələrinin 25 faizə yaxını bu iki rayonun payına düşür. Ötən il texnoloji xəritəyə uyğun qulluq tədbirlərinin aparılması, yeni əkin üsullarından istifadə sayəsində bu il də hər iki rayonda pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir. 

 

Görüşlərdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərindən istifadə imkanları, xəstəlik və zərərvericilərə qarşı mübarizədə tətbiq olunan dərmanların keyfiyyəti, bitki mühafizə tədbirləri, yığım ərəfəsində texnika bölgüsü, tədarük məntəqələrinin məhsul qəbuluna hazırlığı və digər mövzularda fikir mübadiləsi aparılıb. Fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

 

Nazirliyin nümayəndə heyəti hər iki rayonda təkrar qarğıdalı əkini sahələrinə, heyvandarlıq müəssisələrinə, intensiv bağlara baxış keçirib, fermerlərlə söhbətlər aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Slovakiyanın xarici və Avropa işləri naziri Azərbaycana gəlib 19 Oktyabr 2021, 10:09 “Anna Akopyanın yalanlarını ifşa etmək borcum idi” 19 Oktyabr 2021, 10:05 Türkiyədə güclü zəlzələ olub 19 Oktyabr 2021, 10:00 Türk dövlətləri nə vaxt müstəqilliklərinə qovuşub?   19 Oktyabr 2021, 09:55 TÜRK PA baş katibindən ilk açıqlama - VİDEO 19 Oktyabr 2021, 09:50 Azərbaycan nefti ucuzlaşdı 19 Oktyabr 2021, 09:45 Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:40 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:34 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15