Modern.az

Ərdoğan-Klinton görüşü və “diplomat döyüşü”

Ərdoğan-Klinton görüşü və “diplomat döyüşü”

Təhsil

15 Fevral 2010, 11:13

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət katibi Hillari Klinton arasında Qətərdə keçirilən görüş “diplomat döyüşü” ilə yadda qalıb. Türk mediasına istinadən Modern.az xəbər verir ki, öncədən 20 dəqiqə nəzərdə tutulan görüş 1 saat çəkərkən Vaşinqtonun Qətərdəki səfiri Cozef LeBaron içəri girərək Klintonu tələsdirmək istəyib. Türk nümayəndələrin xəbərdarlığına məhəl qoymayan səfir girməyə israr edincə ortalıq qatışıb.

 

Bu zaman Ərdoğanın xarici siyasət sözçüsü Fuat Tanlay işə qarışaraq “Görüş davam edir, içəri girmək olmaz” xəbərdarlığını edib. Bunun ardınca arada aşağıdakı kiçik dialoq yaşanıb: 

LeBaron: “Görüş bitməlidir, çünki Qətər şeyxi ilə görüş daha vacibdir”.

 

Tanlay: “Bizim önəmimizin nə olduğuna sən qərar verə bilməzsən. Ölkəmə həqarət etməyə haqqın yoxdur.  Buna həddin çatmaz”. 

Söz savaşının ardınca bir-birilərinin boğazından yapışan diplomatlar əlbəyaxa olublar. Vaxtında özlərini yetirən mühafizəçilər diplomatların ölüm-dirim savaşına çıxmasına imkan verməyiblər.

 

Həmin vaxt içəridə isə Ərdoğanla Klinton arasında Ermənistan-Türkiyə protokolları və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunurdu. Türkiyə hökumətinin başçısı həmsöhbətinə bildirib ki, Türkiyə öz üzərinə düşən bütün vəzifələri yerinə yetirsə də, Ermənistan Konstitusiya Məhkəməsinin protokollara etdiyi düzəliş prosesi dalana çıxarıb. Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmalı olduğunu bəyan edən Ərdoğan Qarabağ probleminin həllini region üçün çox vacib məsələ kimi dəyərləndirib. Hillari Klinton da öz növbəsində protokolların ratifikasiyasının və münaqişənin həllinin vacibliyindən danışıb.

 

Tural

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər