Arxiv
1 Sentyabr 2021, 13:10 | MƏDƏNİYYƏT
Doğma yurdda şəhid olan Zamin Rəhimovun abidə kompleksi açıldı - FOTOLAR

Bu gün Vətən müharibəsinin şəhidi, əslən Cəbrayıl rayonunun Məzrə kəndindən olan Zamin Vahid oğlu Rəhimovun xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib. Qeyd edək ki, açılış mərasimi şəhidin yeganə övladının dogum gününə təsadüf edib.

Modern.az-ın məlumatına görə, abidə-bulaq kompleksi Binəqdi rayonu ərazisində ucaldılıb.

Mərasimdə Cəbrayıl və Binəqədi rayonları İcra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra abidə-bulaq kompleksinin örtüyü açılıb.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Arif Fərzəliyev şəhid Zamin Rəhimovun döyüş yolundan danışıb, onu yetişdirən valideynlərinə təşəkkür edib.

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Vətən müharibəsində Azərbaycan xalqının birlik, Ordumuzun isə rəşadət göstərdiyini qeyd edib. Bildirib ki, elə bir neçə gün öncə - 23 avqust tarixində Cəbrayıl rayonunun işğal tarixini qeyd etməməyimiz də Zamin kimi əsgərləimizin şücaətinin nəticəsidir.

“Zamin və digər qəhrəman şəhidlərimiz əbədi olaraq tarixdə, yaddaşlarda qalacaq”.

Şəhidin çalışdığı Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimləri Zamin Rəhimovun Vətənə, torpağa necə bağlı olmağından danışıblar.

Şəhid atası Vahid Rəhimov mərasimə gələn iştirakçılara təşəkkür edib.


Zamin Rəhimov 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində dünyaya gəlib. O, doğulduğu torpaqları uşaq olanda - 5 yaşında tərk etmək məcburiyyətində qalıb.

1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə, Zaminin ailəsi doğma yurd-yuvasından didərgin düşüb. Ailə Biləsuvar rayonu ərazisində salınmış çadır düşərgəsində məskunlaşıb. Burada min bir əzab-əziyyətə qatlaşmalı olublar. İnanıblar ki, tezliklə Cəbrayıla qayıdacaqlar...

1995-ci ildə Zamin 2 saylı çadır düşərgəsində 1-ci sinfə qədəm qoyub... 

Bir müddət sonra ailə başçısı Vahid Rəhimov işi ilə əlaqədar yaşayış yerini dəyişməli olub. Beləcə, Rəhimovlar ailəsi Biləsuvardakı çadır düşərgəsindən Bakıətrafı əraziyə köçüb. 

Zamin də orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbində davam etdirib. 

2006-cı ildə orta məktəbi bitirəndən sonra Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumuna daxil olub. Qarmon ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayıb. Uşaqlarla qurduğu səmimi ünsiyyət sayəsində onların sevimli müəlliminə çevrilib.

Zaminin də digər gənclər kimi çoxlu arzuları vardı... Həm ailəsi, həm də körpə qız övladı ilə bağlı...

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə yola düşən Zamin Rəhimov bu addımı könüllü olaraq atmışdı. Həmin gün ailəsi onun işdə olduğunu güman edərkən, evə zəng vuran Zamin Rəhimov avtobusda olduğunu, cəbhəyə yola düşdüyünü xəbər verir. Hətta zarafatla “erməni öldürməmiş geri qayıdan deyiləm” də deyir. Və beləcə ailə üzvlərilə sağollaşmadan cəbhəyə gedir.

Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. 

Bu istəklə döyüşlərə qatılan Zamin Rəhimov böyük şücaət göstərir, əzmlə vuruşur.

Son dəfə Zamin evə zəng edəndə, ailə üzvləri ona “indi hardasan” sualı verir. Zamin cavab olaraq “bilsəniz ki, harda dayanmışam, o yerdən əyilib öpərdiniz” deyir. Zamin həmin vaxt doğulduğu, həsrətini çəkdiyi ata yurdu Cəbrayıldan zəng vururmuş.

Zamin şəhid olmazdan əvvəl sonuncu zəngində dayısı ilə danışıb və deyib: “Cəbrayılı gördüm, ölsəm də, gözüm arxada qalmaz”".

Doğma yurddan 5 yaşında çıxan Zamin bir də o yerlərə 32 yaşında cəsur əsgər kimi qayıtdı. Və öz həyatını həsrətini çəkdiyi torpaqlara qurban verdi.

Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsində iştirak edən Zamin Rəhimov 3 gün sonra - oktyabrın 7-də elə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid oldu...

Şəhid Z.Rəhimov Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Azərbaycan Prezidentinin sərəncamı ilə Zamin Vahid oğlu Rəhimov ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü"  medalları ilə təltif edilib.


Şəhidin İnci adlı bir qız övladı yadigar qalıb.


Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş iki mülki erməni geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40 Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı 19 Sentyabr 2021, 19:24 Liviyada iki helikopter toqquşdu, ölənlər var 19 Sentyabr 2021, 19:09 8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02 İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53 Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48 Türkiyə millisinin yeni baş məşqçisi açıqlandı 19 Sentyabr 2021, 17:46 Məşhur futbolçu öldü 19 Sentyabr 2021, 17:39
SORĞU Hansı vaksinə etibar edirsiniz?