Modern.az

Vakant yerlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq

Vakant yerlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq

4 Sentyabr 2021, 09:50

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Məlumata görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

 

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır