Modern.az

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri TÜRKPA baş katibi ilə görüşüb

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri TÜRKPA baş katibi ilə görüşüb

15 Fevral 2010, 13:27

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov təşkilatın ofisində Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Mustafa Kabakçı, millət vəkili Mehmet Müezzinoğlu, Dialoq Avrasiya Platformunun prezidenti Harun Tokak və Bakı təmsilcisi Mustafa Saatçı ilə görüş keçirib.

Modern.az-ın məlumatına görə, R.Həsənov qonaqlara TÜRKPA-nın gələcək fəaliyyət planı və perspektivləri ilə bağlı məlumat verib. Eyni zamanda Türkiyə Respublikasının Antalya şəhərində keçirilməsi planlaşdırılan “Dünya Türkcə Danışan Parlamentarilər”in I-ci Qurultayı və cari ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılan “Yeni Strateji Ortaqlıq: TÜRKPA” adlı beynəlxalq konfransın hazırlıq prosesi ilə bağlı qonaqları məlumatlandırıb. Gələcəkdə dost və qardaş Türkmənistan və Özbəkistanın təşkilata üzv olması üçün lazımi addımların atıldığını, bununla yanaşı Şimali Kipr Türk Respublikası (ŞKTR) və Qaqauziyanın parlamentlərinin təşkilatda müşahidəçi statusu ilə  üzv olması üçün müraciət etdiklərini söyləyib. 

Öz növbəsidə M.Kabakçı TÜRKPA-nın yaranmasının və katibliyinin fəaliyyətə başlamasını Türk dövlətləri üçün yeni bir uğur olduğunu qeyd edib. TÜRKPA-nın ölkələr arasında əlaqələrin genişləndirilməsində, siyasi, mədəni, elmi və təhsil sahələrində münasibətlərin inkişafına yeni tövhə verəcəyini ifadə edib. Türkiyə Parlamenti olaraq bu və ya digər sahədə TÜRKPA Katibliyi tərəfindən hazırlanacaq hər hansı xoş niyyətli layihəyə tam dəstək verəcəklərini qeyd edib. Dostluq Qrupunun rəhbəri təşkilata gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

 

Görüşün sonunda M.Kabakçı Türkiyə Böyük Millət Məclisi adından TÜRKPA Katibliyinə hədiyyələr təqdim edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir