28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
8 Sentyabr 2021, 10:44 | REPORTAJ
Bir şəklin tarixçəsi: Heydər Əliyev, Ayaz Mütəllibov, Tamerlan Qarayevin iştirak etdiyi İCLAS

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 30 ili yaxınlaşır. Bu ilin 18 oktyabrında həmin möhtəşəm günü qeyd edəcəyik.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də 30 il öncə lentə alınıb. Fotoşəkli müstəqil Azərbaycanın ali qanunverici orqanın formalaşdığı tarixin başlanğıcı da hesab etmək olar.

Zaman 5 fevral 1991-ci il… Məkan Azərbaycanın o vaxtkı Ali Soveti…

Həmin gün Azərbaycan SSR-in XII çağırış Ali Sovetinin ilk iclası keçirilir.

Qeyd edək ki, Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə sonuncu seçkilər keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə, 1990-cı il sentyabrın 30-da keçirilmişdi. Ali Sovetə 340 deputat seçilmişdi.


İclasda prezident Ayaz Mütəllibov da iştirak edir. Sədarət kürsüsündə Ali Sovetin yenicə seçilmiş rəhbərliyi əyləşib: sədr Elmira Qafarova, müavinlər Telman Orucov (solda),  Afiyəddin Cəlilov və Tamerlan Qarayev (sağda) əyləşib.

Tribunada isə Ali Sovetin deputatı Heydər Əliyev çıxış edir… O, Ali Sovetə Naxçıvan Muxtar Respublikasının (o vaxtkı Naxçıvan MSSR) Babək rayonundan deputat secilmişdi.


Bu iclasda Azərbaycan parlamenti tarixində ilk dəfə müxalifət təmsilçisi ali qanunverici orqanın rəhbərliyində yer aldı. Söhbət həmin vaxtlar Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olan və BDU-nun hüquq fakültəsinin dekan müavini işləyən Tamerlan Qarayevdən gedir.


Sədarət kürsüsündə əyləşən Afiyəddin Cəlilov (sağdan 2-ci) o vaxt Naxçıvan Ali Məclisinin sədri olduğundan o, həm də Ali Sovetin sədr müavini sayılırdı.

Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə edir. Və bu müzakirənin sonunda  Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilir.

Ardınca Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilir.

1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovetlər Birliyi birdəfəlik çökdü. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.

1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.

Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.

1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında).


Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.

1995-ci ilin noyabr ayında isə Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda Şuşa və Hadrut məğlubiyyətinə görə HƏBSLƏR BAŞLADI 28 Sentyabr 2021, 11:46 Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı   28 Sentyabr 2021, 11:44 Şuşa məğlubiyyətinə görə 150 nəfərə ittiham İRƏLİ SÜRÜLÜB 28 Sentyabr 2021, 11:39 Kəlbəcər və Qubadlıda prokurorluq binalarının AÇILIŞI-FOTO 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın baş direktorundan istehlakçılara MÜRACİƏT 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46
SORĞU Hansı vaksinə etibar edirsiniz?