28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
8 Sentyabr 2021, 14:01 | MƏDƏNİYYƏT
“Rəmişin mirası? Guya nəyi var idi ki...” - Xanımı sirləri AÇDI

“Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi”.


Modern.az
xəbər verir ki, bu sözləri Yenisabah.az-a mərhum Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib.


Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?


Xanımı Mədəniyyət Nazirliyindən ona bircə kərə də zəng gəlmədiyini bildirib.


Gülü kimdənsə nəsə ummadığını qeyd edib:


“Hər gün gedib məzarı başında dururam 3-4 saat onunla oluram, sonra qayıdıb evə gəlirəm. Mən heç kimdən nəsə ummuram. İndi hamı öz hayındadır, hamı öz iş-gücü ilə maraqlanır. Rəmiş dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən heç kəs zəng vurmayıb. Oturmuşam öz damımın altında, hərdən bir-iki dostu zəng edir, halımı-əhvalımı soruşur. Amma evə nə gələn var, nə gedən. Heç kimdən də incimirəm. Allah hamısına can sağlığı versin. Prezidentimizə, Mehriban Əliyevaya can sağlığı arzulayıram, Allah onları ölkəmizdən əksik etməsin. Məhz onların sayəsində Rəmiş 2 ay artıq yaşadı, onu xəstəxanaya yerləşdirdilər, bütün müalicə xərclərini ödədilər. İndiyə qədər nə lazımdırsa onlar etdi, kifayət qədər dəstək oldular. Hətta Rəmiş dünyasını dəyişəndən sonra qəbirstanlıqda yer də verdilər, qayğımızı çəkdilər. Ona görə indi heç kəsdən umu-küsüm yoxdur, nə lazım idisə, Prezidentimiz etdi.

Şükür Qarabağ geri alınıb, başları ora qarışıb. Rayonlarımız abadlaşdırılır ki,  yurd-yuvalarından ayrı düşənlər qısa zamanda geri qayıtsınlar. Bunları bilə-bilə necə kimdənsə küsüb-inciyə bilərəm? Tək canımdır, 264 manat təqaüd alıram, onunla özümü dolandıra bilirəm. Bilirəm ki, növbəti təqaüdə qədər nəyi necə xərcləmək lazımdır. Hər şeyi planlı edirəm ki, heç kəsə ehtiyacım olmasın”.


O, Rəmişin vəfatından sonra sənətçinin mirası ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib:


“Adam gərək Allahla danışsın, Rəmişin vəfatından sonra ailəsi ilə “miras davamız” olmayıb. Bu haqda danışılanlar dedi-qodudur. Onun ailəsindən bir insan belə mənə “gözün üstə qaşın var” deməyib. Rəmişin ilk həyat yoldaşından iki qız övladı var. Nə qızları, nə digər qohumlarından kimsə miras davası salmayıb. Heç biri də məni incitmir. Onlar Rəmişin vəfatından sonra  mirası barədə söhbətləri ağıllarına belə gətirmirlər, gərək sözün düzünü danışasan, mənimlə heç kəsin işi yoxdur, hərə öz evinə qaxılıb. Bu söhbətləri kim yayır bilmirəm, ancaq düz iş görmür. Rəmişin guya nəyi var idi ki, bir evi var, onu da Prezidentimiz bağışlayıb. Həm də qohumları elə adam deyillər ki, gəlib mənimlə ev davası etsinlər. Şükür Allaha, hamısının hər şeyi var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşada Mehmandarovların malikanəsində təmir-bərpa işləri aparılır 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirildi 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05 Şeyxülislam din xadimlərini II Fəxri xiyabana apardı 28 Sentyabr 2021, 17:00 “ASAN Xidmət” işçilərinin say artırıldı 28 Sentyabr 2021, 16:55 Universitetdə Vətən müharibəsi qazilərilə GÖRÜŞ 28 Sentyabr 2021, 16:50 Samarada Anım Günü tədbiri təşkil edilib 28 Sentyabr 2021, 16:45 Mineral gübrələrin səyyar satışına başlanıldı 28 Sentyabr 2021, 16:40 Bu günün koronavirus STATİSTİKASI 28 Sentyabr 2021, 16:35 Peyvənd olunanların sayı açıqlandı 28 Sentyabr 2021, 16:34 Lavrovun hər iki fikrinin bizə faydası yoxdur - Ekspert 28 Sentyabr 2021, 16:30 ABŞ-ın 5 ştatında Anım Günü aksiyası - FOTO 28 Sentyabr 2021, 16:25
SORĞU Hansı vaksinə etibar edirsiniz?