Modern.az

Təmayül siniflərinin tədris planları təsdiqləndi

Təmayül siniflərinin tədris planları təsdiqləndi

Təhsil

8 Sentyabr 2021, 19:18

Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Əmrə əsasən, ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilib.

 

Əmrin icrası nazir müavini Firudin Qurbanova həvalə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü