Modern.az

Bu hallarda övladınızı məktəbə göndərməyə bilərsiniz

Bu hallarda övladınızı məktəbə göndərməyə bilərsiniz

Təhsil

14 Sentyabr 2021, 13:05

Təhsil Nazirliyi övladını məktəbə göndərmək istəməyən valideynlərin yeni tədris ilində iltizam ərizəsi yazıb-yazmayacağı məsələsini aydınlaşdırıb.

 

Modern.az-ın məlumatına görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar:

 

"Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci hal isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlərin övladını məktəbə göndərməməsi ilə bağlıdır. Valideynlər xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir. Bu barədə daha dəqiq məlumat verəcəyik".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!