Modern.az

Naxçıvan məktəblərində dərs başladı – Nazirlikdən AÇIQLAMA

Naxçıvan məktəblərində dərs başladı – Nazirlikdən AÇIQLAMA

Təhsil

15 Sentyabr 2021, 09:46

Bu gündən Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci il üzrə tədris ilinə start verilib.

 

Bunu Modern.az-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov bildirib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, bütün orta ümumtəhsil və ali məktəblərdə dərslər ənənəvi qaydada başlayıb.

 

Qeyd edək ki, bu gündən Azərbaycanda özəl məktəblərdə də əyani dərslərə başlanıb. Dövlət ümumtəhsil məktəblərində ibtidai siniflərdə sentyabrın 22-də, orta və yuxarı siniflərdə, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələrində isə sentyabrın 29-da əyani dərslərə başlanacaq. Dərslər 5 günlük qrafiklə ənənəvi qaydada keçiriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi