19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
16 Sentyabr 2021, 10:16 | AKTUAL
Azərbaycanda ən çox yayılan xəstəliklər... - SİYAHI  

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin avqust ayı ərzində 58 şəhər və rayonda 388 969 vətəndaşa 1 477 981 tibbi xidmət göstərilib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 636 930 müraciət daxil olub:

 

“Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 299 760-ı ambulator, 178 221-i isə stasionar şəraitdə göstərilib.

 

Cari ilin avqust ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

 

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (475) və Şirvan (211) şəhərləri, Yevlax (197), Ağdaş (194), Qəbələ (192), Göygöl (186), Beyləqan (181), Qax (169), Xaçmaz (165) və Ucar (163) rayonları.

 

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (135 071), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (110 851), Yevlax (74 776), Xaçmaz (74 735), Quba (54 458), Şəki (54 240), Ağdaş (53 416), Bərdə (42 163), Göyçay (37 689) və Qusar (37 534 ) rayon mərkəzi xəstəxanaları.

 

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Şəki, Quba, Bərdə, Ağdaş, İsmayıllı və Göyçay rayon mərkəzi xəstəxanaları.

 

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş, Quba, Xaçmaz, Qusar, Şəki rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Yevlax və Salyan rayon mərkəzi xəstəxanaları.

 

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub”.

 

Rəsmi məlumata görə, 2021-ci ilin avqust ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

 

“Bərdə-Yevlax TƏB (319 426), Şəki-Zaqatala TƏB (208 396), Quba-Xaçmaz TƏB (208 265), Gəncə TƏB (174 234), Şəmkir-Tovuz TƏB (106 143), Göyçay-Kürdəmir TƏB (105 249), Dağlıq Şirvan TƏB (101 026), Ağdam-Ağcabədi TƏB (98 174), İmişli-Sabirabad TƏB (59 752), Lənkəran TƏB (57 191) və Cəlilabad-Salyan TƏB (40 125).

 

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.

 

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə avqust ayı ərzində 594 898 nəfərə 959 227 müraciət üzrə 2 165 265 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 797 382-si ambulator, 367 883-ü isə stasionar şəraitdə göstərilib.

 

Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 15 238 göndəriş verilib. Bu göndərişlərin 6118-i invaziv radiologiya, 2499-u radiologiya, 1999-u oftalmologiya,  1361-i urologiya, 1222-si ürək-damar cərrahiyyəsi, 705-i neyrocərrahiyyə, 231-i travmatologiya, 201-i kardiologiya, 15-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 887 təşkil edib.

 

Göndərişlərin 14 239-u (93%) planlı, 999-u (7%) isə təcili əsasla qeydə alınıb:

 

“İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində  ölkə üzrə 9 664 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 297 nəfərini uşaqlar təşkil etmişdir.  Belə ki, 18 yaşdan yuxarı 3712 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 3057, oftalmologiya üzrə 1347, urologiya üzrə 641, nevrologiya/neyrocərrahiyyə üzrə 383, travmatologiya üzrə 279, LOR üzrə 137, digər sahələr üzrə 55, ümumi cərrahiyə üzrə 43, ginekologiya və doğuş üzrə 10 nəfər əməliyyat olunub.

 

Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 125 nəfər 18 yaşdan aşağı şəxslərdir.  Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

 

Cari ilin yanvar-avqust ayları ərzində isə bütün ölkə üzrə 2 812 918 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 13 207 556 tibbi xidmət göstərilib. Bu xidmətlərdən10 734 244-ü (81%) 18 yaşdan yuxarı, 2 473 312-si (19%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türk dövlətləri nə vaxt müstəqilliklərinə qovuşub?   19 Oktyabr 2021, 09:55 TÜRK PA baş katibindən ilk açıqlama - VİDEO 19 Oktyabr 2021, 09:50 Azərbaycan nefti ucuzlaşdı 19 Oktyabr 2021, 09:45 Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:40 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:34 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30