Modern.az

Rusiya kosmosda film çəkəcək 

 Rusiya kosmosda film çəkəcək 

18 Sentyabr 2021, 16:42

Rusiya Beynəlxalq Kosmik Stansiyada bədii film çəkməyi planlaşdırır.

Modern.az-ın  məlumatına görə, oktyabrın 5-də çəkiliş heyəti stansiyaya yollanacaq.

 

"Çağırış" adlı filmin çəkilişərinin 12 gün davam etməsi nəzərdə tutulub. Qeyd olunur ki, BKS-ə kosmonavt Anton Şkaplerovla yanaşı, rejissor Klim Şipenko, aktrisa Yuliya Peresild və operator Aleksey Dudin səfər edəcək.

 

Çəkiliş heyəti oktyabrın 17-də Yerə qayıdacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır