Modern.az

İran uşaq və yeniyetmələrin vaksinasiyasına başladı

İran uşaq və yeniyetmələrin vaksinasiyasına başladı

19 Sentyabr 2021, 08:19

İranın səhiyyə naziri Bəhram Eynullahi bu gündən etibarən ölkədə uşaq və yeniyetmələrin koronavirus əleyhinə vaksinasiyaya başladığını bildirib. 

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu mərhələdə 12-18 yaş arasındakı uşaq və yeniyetmələr peyvəndlənəcək. Nazir bildirib ki, peyvənd bu yaş qrupları üçün məcburi deyil:

 

"Amma tələbələrin vaksin olunmasını tövsiyə edirik. Yəqin ki, vaksinasiya məsələsində valideynlər də bizə dəstək olacaq. Növbəti mərhələdə 7-12 yaş arası uşaqların COVİD-19 əleyhinə vaksinasiyasını planlaşdırırıq".


Turan

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi