Arxiv
21 Sentyabr 2021, 18:18 | DİASPOR
İrandakı soydaşlarımız ETİRAZA QALXIR: Tehrana bir həftə vaxt verildi

İran-Azərbaycan münasibətlərində soyuqluq davam edir. Son günlər Gorus-Qafan yolunda yaşanan məlum hadisələrdən sonra İran tərəfi nəinki özünü günahkar hesab etmir, hətta bir çox addımlarla Azərbaycana qarşı qərəzini açıq şəkildə göstərir.

 

İranın ölkəmizə yönəlik qeyri-konstruktiv mövqeyi, işğalçı Ermənistana dəstəyi bu ölkədə yaşayan soydaşlarımızı ciddi narahat edir. Sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlılar İrana sentyabrın 27-nə - Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə qədər vaxt veriblər. Həmyerlilərimiz rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən üz döndərməyi tələb edirlər. Azərbaycana münasibətdə müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə İran əhalisi arasında çoxluq təşkil edən azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəsmilərinə etiraz edəcəyi bildirilir.

 

İranda yaşayan azərbaycanlı fəallar istənilən vaxt etiraz aksiyalarına hazır olduqlarını deyirlər.

 

 

Bununla bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyi (AYB) Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruz bildirib ki, İran Azərbaycanla münasibətləri heç vaxt həqiqi dostluq üzərində qurmayıb və qərəzli mövqe sərgiləyib.

 

“İran ərazisində tarixi torpaqlarımız var, xalqımızın, ziyalılarımızın bu torpaqlara tarixdən doğan mənəvi haqq kimi iddiası göz önündədir. İranda 45 milyon soydaşımız yaşayır, eyni dili, tarixi, mədəniyyəti paylaşırıq. O soydaşlarımızın ümidi, nuru Azərbaycan dövlətidir. İranın bunlarla barışacağını, Azərbaycanla həqiqətən dost kimi yan-yanan dayanacağını düşünmək sadəlövhlük olar. İran-Azərbaycan dostluğu bu şərtlər altında heç zaman möhkəm ola bilməz”.

 

 

Sayman Aruz xatırladıb ki, İranda yaşayan soydaşlarımız hər zaman Azərbaycanla bağlı mövzularda öz münasibətini bildiriblər:

 

“Azərbaycanlılar etirazlarla, küçələrdə aksiyalar keçirməklə, sosial şəbəkələrdə trendlər yaratmaqla mövqeyini ifadə edirlər. Bu gün də vəziyyət davam edir və hətta durum günü-gündən şiddətlənir. Mən özüm ötən günlərdə onlayn konfransa iştirak edirdim. Orada Zəngəzur dəhlizi və Azərbaycanın tarixi torpaqları məsələsi qaldırıldı, bunun təkcə dövlətin deyil, ümumilikdə Azərbaycan xalqının istəyi olduğu vurğulandı. Azərbaycanlılar bu məsələdə israrlıdır. Zəngəzur dəhlizi bütün Azərbaycan xalqına lazımdır. İranın Azərbaycana göstərdiyi aqressiv münasibəti bütün azərbaycanlılar qınayırlar. Lazım gələrsə, soydaşlarımız hər tərəfli - istər etiraz aksiyaları ilə, istərsə də bir Azərbaycan əsgəri kimi Azərbaycan dövlətinin və maraqlarının arxasında dayanacaqlar. Artıq o dövr deyil ki, kimsə Azərbaycana qarşı hərbə-zorba dili ilə danışa bilsin. Bu məsələdə hamımız həmrəyik, birik. Azərbaycana qarşı yönələn bir gülləyə belə ciddi şəkildə cavab veriləcək. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpası, Zəngəzur dəhlizi soydaşlarımızın milli məsələsidir və onlar bütün bu problemlərin həllini tələb edirlər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putindən sərhəd məsələsi barədə AÇIQLAMA 22 Oktyabr 2021, 00:56 Daha bir ölkə yerli raketini kosmosa göndərdi 22 Oktyabr 2021, 00:45 Putin Ərdoğanın bəyanatına münasibət bildirdi 22 Oktyabr 2021, 00:37 UEFA-dan "Qarabağ" PAYLAŞIMI 22 Oktyabr 2021, 00:32 Qırğızıstandan “Bayraktar” SİFARİŞİ 22 Oktyabr 2021, 00:27 Putin Zəngəzur dəhlizindən DANIŞDI 22 Oktyabr 2021, 00:10 İranla sərhədin tam nəzarətə götürülməsindən 1 İL KEÇİR 22 Oktyabr 2021, 00:06 Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib 21 Oktyabr 2021, 23:52 Putin Qarabağdan danışdı: “İlham Əliyev müdriklik nümayiş etdirdi” 21 Oktyabr 2021, 23:38 "Qarabağ" qələbəyə layiq idi" 21 Oktyabr 2021, 23:24 “Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir 21 Oktyabr 2021, 22:51 "Qarabağ" "Kayrat"la oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB 21 Oktyabr 2021, 22:39 Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 22:22 İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş 21 Oktyabr 2021, 22:16 Pakistan XİN başçısı Kabilə səfər etdi 21 Oktyabr 2021, 21:48 Saakaşvilinin atasını infarkt vurdu 21 Oktyabr 2021, 21:31 Zığda ağaclıq ərazidə YANĞIN 21 Oktyabr 2021, 21:14 Xərçəngdən sağalan zabitə mənzil verildi - FOTO 21 Oktyabr 2021, 21:07 Sahibə Qafarova İsveçrəli həmkarı ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 20:46 Dünyada COVID-dən ölən tibb işçilərinin SAYI 21 Oktyabr 2021, 20:40 Sahibə Qafarova Avropa Konfransında çıxış etdi - VİDEO 21 Oktyabr 2021, 20:21 Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi 21 Oktyabr 2021, 20:11 Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40