Arxiv
23 Sentyabr 2021, 11:18 | AKTUAL
Narkotik satan şəbəkə ifşa olundu - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Aqil Həbibov saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN Mətbuat xidmətindən bildirilib. 

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib. Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evdən isə 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

 

Yasamal rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Rüfət Əliyev və əvvəllər məhkum olunmuş Ülvi İsmayılov saxlanılıblar. Rüfət Əliyevdən 2 kiloqram 58 qram, Ülvi İsmayılovdan isə ümumilikdə 30 qrama yaxın heroin, metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.

 

Baş İdarə əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanılıblar. Mir Museyib Yaqubov və Tehran Mustafayev üzərindən və yaşadıqları evlərdən ümumilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Dünya İsmayılovadan isə 12 qram, Emil Məmmədovdan isə 7 qram heroin aşkar edilib.

 

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Aqil Həbibov, Rüfət Əliyev, Ülvi İsmayılov, Mir Museyib Yaqubov,Tehran Mustafayev, Dünya İsmayılova və Emil Məmmədovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri ölkə ərazisində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırıb digər dəyərli əmtəə nişanları formasında ölkə xaricinə çıxarmaq olub. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsini həyata keçiriblər.

 

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında Xəzər və Binəqədi rayonlarında həyata keçirdikləri tədbirlər zamanı həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xələfəli Rəhmanov və İlqar Mədətov saxlanılıblar. Xələfəli Mədətovun Türkan qəsəbəsində yerləşən evinə baxış zamanı 4 kiloqram 257 qram qurudulmuş marixuana, çətənə kolları və elektron tərəzi aşkar edilib. İlqar Mədətovun Sulutəpə qəsəbəsindəki evindən isə 33 ədəd çətənə kolu və toxumları, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Bu şəxslər bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduqlarını və çətənə kolları satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiklərini bildiriblər.

 

Baş İdarənin Cənub və Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara, eləcə də Yevlax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıblar. Əməliyyat zamanı Astara rayon sakinləri əvvəllər məhkum olunmuş Şahin Məmmədov, İsfəndiyar Süleymanov və Yevlax rayon sakinləri İmran Qurbanovla, Babək Bağırov da saxlanılıblar. Şahin Məmmədovun üzərindən və yaşadığı evdən ümumilikdə 2 kiloqram 491 qram heroin və 1 ədəd tərəzi, İsfəndiyar Süleymanovdan isə 10 qrama yaxın heroin aşkar edilib. Əməliyyat zamanı saxlanılan Şahin Məmmədov Astara və ətraf rayonlarda narkotik vasitələrin satışı və qaçaqmalçılığı ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas şəxslərdən biri olub. Onun atası “Tik-Tok” sosial şəbəkəsində barəsində guya ölkədə narkotik vasitələrin satışını həyata keçirməsinə baxmayaraq polis əməkdaşları tərəfindən saxlanılmaması barədə məlumatlar yayılan Rövşən Məmmədovdur.

 

Qeyd edək ki, narkotik vasitələrin qaçaqmalçılığı, eləcə də satışı ilə məşğul olan Rövşən Məmmədov bir neçə il əvvəl tutularaq məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə həbs edilib.

 

Digər əməliyyat tədbirləri zamanı saxlanılan İmran Qurbanov və Babək Bağırovun ətraflarında keçirilən əməliyyat zamanı isə onlardan Yevlax rayonu ərazisində əkdikləri və xüsusi qulluq edərək yetişdirdikləri 25 ədəd çətənə kolu aşkar edilib.

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

 

 

 


VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omicron” ştamı dünyanın 57 ölkəsində tapılıb - ÜST 8 Dekabr 2021, 14:26 Ermənistan parlamentinin spikeri məhkəməyə ÇAĞIRILDI 8 Dekabr 2021, 14:20 Türkiyə parlamentində DAVA 8 Dekabr 2021, 14:15 Daha bir deputat Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi 8 Dekabr 2021, 14:10 Hüquq müdafiəçisi Haaqa məhkəməsinin qərarından DANIŞDI 8 Dekabr 2021, 14:05 Aylıq gəliri 500 manatdan aşağı olan şəhid ailələrinə yardım edilir 8 Dekabr 2021, 14:00 Rusiyanın xüsusi nümayəndələri İrəvana gəldilər - Azərbaycanla sərhəddə delimitasiya başlaya bilər 8 Dekabr 2021, 13:55 Almaniyanın yeni kansleri seçildi 8 Dekabr 2021, 13:50 Türkiyədə ölən NİDA-çı ilə bağlı qərar verildi 8 Dekabr 2021, 13:45 Baş Qərargah rəisinin içərisində olduğu helikopter qəzaya uğradı 8 Dekabr 2021, 13:39 Qazilərə göstərilən tibbi xidmətlərin SAYI 8 Dekabr 2021, 13:34 Heydər Əliyev Mərkəzində sərgi açılacaq 8 Dekabr 2021, 13:29 “YAŞAT”ın balansında 15 milyon manat var 8 Dekabr 2021, 13:24 Nazirlikdən hava XƏBƏRDARLIĞI 8 Dekabr 2021, 13:20 UEFA “Qarabağ”ı ilk “10-luq”a daxil etdi 8 Dekabr 2021, 13:16 “Yalana bulaşmayan bir alim itirdik” - Ziyalılar Aydın Balayevin ölümündən SARSILIB 8 Dekabr 2021, 13:12 Sabah Bakıya yağış, rayonlara qar YAĞACAQ 8 Dekabr 2021, 13:09 Şəhid övladları Türkiyədə təhsil ala biləcəklər - Proqram HAZIRLANIR   8 Dekabr 2021, 13:06 ““Yaşat”a 1 gündə 1 milyon manat ianə topladıq” 8 Dekabr 2021, 13:02 Prezidentin qızı həyat yoldaşı ilə “Tarqovu”da keçirilən xeyriyyə yarmarkasına qatıldı - FOTOLAR 8 Dekabr 2021, 12:58 Nazirlər üçtərəfli bəyanatların icrasını müzakirə etdilər 8 Dekabr 2021, 12:54 20 min şəhid ailəsinə ödənişlər olunub 8 Dekabr 2021, 12:48 Daha bir ölkədən Pekin-2022-yə BAYKOT 8 Dekabr 2021, 12:45 “YAŞAT”a 65 milyon manat İANƏ EDİLİB 8 Dekabr 2021, 12:42 “ASAN Xidmət”də işlə təmin olunan şəhid ailələrinin SAYI 8 Dekabr 2021, 12:36 Seyran Ohanyanın əmlakına həbs qoyuldu 8 Dekabr 2021, 12:33 Bu mallar vergidən azad olunur 8 Dekabr 2021, 12:30 “YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara XƏRCLƏNİB 8 Dekabr 2021, 12:28 Nazir müavini Soçi razılaşmasından DANIŞDI 8 Dekabr 2021, 12:23 XİN-də işləmək istyənlər üçün sınaq İMTAHANI 8 Dekabr 2021, 12:20 Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar: “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı” 8 Dekabr 2021, 12:15 İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir 8 Dekabr 2021, 12:12 Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu ARTIRIR 8 Dekabr 2021, 12:09 Manatın ucuzlaşması gözlənilir? - Rəsmi cavab 8 Dekabr 2021, 12:04 Kərimbəylinin elektrik şəbəkəsi yenilənir - VİDEO 8 Dekabr 2021, 12:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?