Arxiv
23 Sentyabr 2021, 13:24 | REPORTAJ
Ürək dağlayan görüntü: Övladına görə şəhidliyi seçən ATA - FOTOLAR

Bu il birinci sinfə qədəm qoyan şagirdlər arasında Vətən müharibəsində Şəhid olan döyüşçülərimizin övladları da var. İlk dəfə məktəbli formasında həyəcan və sevinc hissi yaşayan Şəhid övladları dərsə yollanmazdan öncə atalarının məzarını ziyarət edib, onlardan xeyir-dua “alıblar”.

 

Belə şəhid övladlarından biri də mayor Səyavuş Kəlbalıyevın oğlu Hümbətdir.

 

6 yaşlı Hümbətin atasının məzarı önündə lentə alınan fotosu dünən sosial şəbəkələrdə geniş paylaşılaraq, hamını kövrəltdi.

 

 

Şəhidimizin həyat yoldaşı Pərvanə xanım övladının yaşadığı duyğulu anlarla bağlı Modern.az-a danışıb. Bildirib ki, övladını atasının məzarı başında görəndə ürəyi dağa dönür və bu mənzərə onu sarsıdır.

 

“Övladlarımın hər bir işində öncə Səyavuşun məzarını ziyarət edirik, sonra işlərimizə başlayırıq. Hümbət bağcanı bitirən zaman aldığı sertifikatı ilk olaraq atasının məzarına apardı, lisey imtahanından keçəndə də gedib atasına xəbər verdi. Bu, bizim borcumuzdur, ilk xeyir-duanı ailəmizin böyüyündən almalıyıq.

 

Səyavuş 16 illin peşəkar zabiti idi və getdiyi hər rayonda onun yanında olmağa çalışırdıq. Hümbət hər səhər hərbçi kimi atası ilə işə gedirdi, axşam da qayıdırdılar. Buna görə uşaqlıqdan deyir ki, “mən atam kimi hərbçi olacağam”.  Ən böyük arzusu hərbçi olmaqdır. Atası da bilirdi ki, Hümbət hərbçi olmaq istəyir. Bəlkə də Vətən sevgisi, düşmənə nifrət hissləri Hümbətə atasından keçib. Mən özüm hərbi formanı çox sevirdim, yoldaşımı o formada görəndə ürəyim dağa dönürdü”.

 

 

Şəhid xanımı övladının hərbçi olmaq arzusuna qarşı çıxmadığını və ona sonadək dəstək verəcəyini söyləyib:

 

“Heç vaxt övladıma qarşı olmaram ki, sən hərbçi olma. Bir dəfə zarafatla atasına dedim ki, bəlkə, Hümbəti qoymayaq əsgər getsin. Acıqlı bir səslə dedi ki, “sən məni təhqir edirsən, mənim övladım necə əsgər getməyə bilər. Gedəcək, əsgərliyini çəkib gələcək”. Hətta Hümbətin özü də əsəbləşdi və əsgər olacağını dedi.

 

Mənə qarşı çıxan insanlar çox olur. Deyirlər ki, onun atası şəhid olub, necə icazə verirsən hərbçi olsun. Ata şəhid olubs,a oğul da şəhid olacaq deyə bir qanun yoxdur. Şəhid olacaqsa, bu onun qismətidir və bir hərbçinin şəhidlikdən üstün vəzifəsi yoxdur. İlk məktəbli şəklini Hümbət hərbi formada çəkdirdi. Atasından xatirə qalan forması var idi, yeni formada aldırdı və hər gün evdə hərbi forma ilə gəzir.

 

Səyavuş xeyirxah övlad, vətənpərvər zabit, vəfalı həyal yoldaşı və mükəmməl ata idi. Mənim üçün yer üzündə Səyavuş kimi ata yoxdur. Müharibə olsa necə olacaq, müharibəyə gedəcəksən söhbətlərinə əsəbiləşirdi. Hər zaman atasına deyirdi ki, “siz 1992-1993-cü illərdə torpaqlarımızı qoyub gəlməməliydiniz, orda vuruşmalıydınız. Müharibə məsələsi, ermənilərlə olan düşmənçiliyimiz məndən  sonra oğluma qalsa, mənim övladım 18 ildən sonra əsgərliyə gedib erməni ilə sırf Qarabağı azad etmək üçün vuruşsa, silahı öz başıma diriyəcəyəm. Müharibəni özümdən oğluma ötürə bilmərəm”.

 

Düşünürəm ki, oğulsuz qalmamaq üçün oğlunu atasız qoydu. Çox istərdik ki, Qarabağa, ata yurdu Cəbrayıla onunla gedək. Anasının qucağında Qarabağdan məcburi köçkün kimi gəldi, 28 ildən sonra tankın üstündə kəşfiyyatçı olaraq Qarabağa döndü. Tapşırılmışdı ki, müharibəyə getməsin, çünki onun işi arxa cəbhədən idarəetmə idi.  Amma Səyavuş getdi və şəhid oldu. Şəhid olmağı heç arzulamırdı, komandasına belə demişdi ki, “şəhid olmağı qadağan edirəm”. 28 illik acınacaqlı həyatın, həsrət qoxan torpağın qisasını özü aldı, oğluna buraxmadı. Bütün şəhidlərə, qazilərə, hərbçilərə minnətdarıq ki, Qarabağı bizə, bizi Qaarbağa qaytardılar”.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacı İlqar İbrahimoğlu saxlanıldı və buraxıldı 20 Oktyabr 2021, 08:37 Azərbaycanda vəzifəli şəxs vəfat edib 20 Oktyabr 2021, 08:34 Çempionlar Liqasının qrup mərhələsində III tur - NƏTİCƏLƏR 20 Oktyabr 2021, 08:31 ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxdu 20 Oktyabr 2021, 08:30 Güclü külək əsəcək, yağış yağacaq - Dağlarda qar yağacaq 20 Oktyabr 2021, 08:25 Canəli Əkbərov və arvadı koronavirusa yoluxdu - Vəziyyəti ağırdır 20 Oktyabr 2021, 08:05 Bayram Nurlunun ailə üzvləri zəhərləndi - Bacısı oğlu öldü 20 Oktyabr 2021, 07:53 "Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 Vətən müharibəsinin xronikası - Azərbaycan bayrağı zəngilan şəhərində sancılıb 20 Oktyabr 2021, 07:17 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00