Arxiv
23 Sentyabr 2021, 21:36 | AKTUAL
Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin doğum günü münasibəti ilə mərasim keçirilib.

 

Modern.az xəbər verir ki, Nazirliyin, Xətai və Suraxanı rayonları icra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər, məktəblilər əvvəlcə İkinci Şəhidlər xiyabanında olub və igid zabitin məzarı önünə əklillər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

 

Respublikamızın ərazi bütövlüyünün qorunması və bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.

 

Polkovnik Abdulla Qurbani 27 sentyabr – Anım Günü ərəfəsində respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə silsilə tədbirlərin keçirildiyini qeyd edərək bildirib ki, Vətən müharibəsində şəhadətləri ilə tarix yazan və adları tarixə yazılan igid oğullarımızdan biri də şəhid zabitimiz Rəşad Quliyevdir. O, 23 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Əslən Quba şəhərindəndir. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.

 

Azərbaycan Ordusu sıralarında “leytenant” rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.

 

Nəzərə çatdırılıb ki, Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıqlar, şəxsi rəşadət və şücaət nümunələri göstəriblər.

 

2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalan tabor komandiri həm sağlığında, həm də ölümündən sonra dövlət səviyyəsində yüksək qiymətləndirilib, döyüş orden və medalları ilə təltif olunub.

 

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri tanınmış yazıçı-jurnalist Vüqar Rəhimzadə bir daha Quliyevlər ailəsinə Vətənə Rəşad Rəşid oğlu kimi igid övlad bəxş etdiklərinə görə minnətdarlıq edib və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan qəhrəman zabitin həyat və döyüş yolunun bundan sonra da gənclər tərəfindən diqqətlə öyrəniləcəyinə, yeni-yeni Rəşadların yetişəcəyinə əminliyini bildirib.

 

Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov respublikamızın bütün regionlarında olduğu kimi Xətai rayonunda da Vətən müharibəsi tarixinin təbliği, öyrənilməsi, o cümlədən Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb.

 

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov şəhid Rəşad Quliyevlə bağlı xatirələrini bölüşüb.

 

Nazirliyin əməkdaşı polkovnik Elvin Əzizov Vətən müharibəsi şəhidlərinin hər birinin xatirəsinin əziz tutulduğunu və onların xatirə tədbirlərinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini deyib.

 

Vətən müharibəsi qaziləri sevimli komandirlərinin yüksək iradə, mənəvi keyfiyyətlərindən danışıb, hər bir əsgəri özünə dost, qardaş bildiyini minnətdarlıqla yada salıblar.

 

Məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

 

Şəhid zabitin anası Mətanət Quliyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib, Şuşa şəhərinə səfər təəssüratlarını danışaraq möhtəşəm Zəfərin qazanılmasında şəhid oğlunun da xidmətlərinin olduğuna görə qürur hissi keçirdiyini qeyd edib və gəlini Afət xanımla birlikdə nəvələri Damla ilə İncini şəhid atalarının adına layiq övlad kimi tərbiyə edəcəklərinə söz verib.

 

Tədbir hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətən müharibəsi xronikası - Bu gün Azərbaycan və İran sərhədi tam nəzarətə götürülüb 22 Oktyabr 2021, 08:04 Payızda yaz HAVASI 22 Oktyabr 2021, 07:57 Putindən sərhəd məsələsi barədə AÇIQLAMA 22 Oktyabr 2021, 00:56 Daha bir ölkə yerli raketini kosmosa göndərdi 22 Oktyabr 2021, 00:45 Putin Ərdoğanın bəyanatına münasibət bildirdi 22 Oktyabr 2021, 00:37 UEFA-dan "Qarabağ" PAYLAŞIMI 22 Oktyabr 2021, 00:32 Qırğızıstandan “Bayraktar” SİFARİŞİ 22 Oktyabr 2021, 00:27 Putin Zəngəzur dəhlizindən DANIŞDI 22 Oktyabr 2021, 00:10 İranla sərhədin tam nəzarətə götürülməsindən 1 İL KEÇİR 22 Oktyabr 2021, 00:06 Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib 21 Oktyabr 2021, 23:52 Putin Qarabağdan danışdı: “İlham Əliyev müdriklik nümayiş etdirdi” 21 Oktyabr 2021, 23:38 "Qarabağ" qələbəyə layiq idi" 21 Oktyabr 2021, 23:24 “Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir 21 Oktyabr 2021, 22:51 "Qarabağ" "Kayrat"la oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB 21 Oktyabr 2021, 22:39 Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 22:22 İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş 21 Oktyabr 2021, 22:16 Pakistan XİN başçısı Kabilə səfər etdi 21 Oktyabr 2021, 21:48 Saakaşvilinin atasını infarkt vurdu 21 Oktyabr 2021, 21:31 Zığda ağaclıq ərazidə YANĞIN 21 Oktyabr 2021, 21:14 Xərçəngdən sağalan zabitə mənzil verildi - FOTO 21 Oktyabr 2021, 21:07 Sahibə Qafarova İsveçrəli həmkarı ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 20:46 Dünyada COVID-dən ölən tibb işçilərinin SAYI 21 Oktyabr 2021, 20:40 Sahibə Qafarova Avropa Konfransında çıxış etdi - VİDEO 21 Oktyabr 2021, 20:21 Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi 21 Oktyabr 2021, 20:11 Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50