Arxiv
24 Sentyabr 2021, 11:10 | AKTUAL
Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi

Son vaxtlar Azərbaycanda kriminal hadisələrin sayının artdığı bildirilir. Xüsusilə qətl, narkotik vasitələrin alqı-satqısı, soyğunçuluq və bu kimi digər cinayət əməllərinin artması pandemiya şəraiti ilə əlaqələndirilir. Bəzi insanlar düşünür ki, karantin rejimi, işsizlik və virusun yaratdığı psixoloji gərginlik əksər hallarda cinayətlərə gətirib çıxarır.

 

Bəs hazırda ölkədə kriminogen durum necədir? Pandemiya cinayət hadisələrinin artmasına necə təsir edir?

 

Sabiq polis rəisi, kiminalist-ekspert Mahmud Hacıyev Modern.az-a bildirib ki, pandemiya dövründə cinayətlərin sayı artmayıb, əksinə azalma qeydə alınıb:

 

“Ölkədə pandemiya dövrü olmasına baxmayaraq, kriminogen vəziyyət normaldır. Əksinə pandemiya şəraiti cinayətlərin artımının qarşısını alıb. Çünki pandemiya dövründə insanlar bacardıqları qədər biri-birilərindən uzaq dururlar. Bəziləri virusa yoluxduğu üçün evdən çölə çıxa bilmir.

 

Pandemiya ilə əlaqədar polis postları quruldu, nəzarət gücləndirildi. Cinayətə meyilli olan insanlar belə güclü nəzarətdə heç cinayət etməyə təşəbbüs edərlərmi?! Ona görə deyirəm ki, pandemiya insanların cinayətə olan meyillərini azaldır”.

 

 

Ekspert  cinayət hadisələrinin hər zaman olduğunu, indi isə mediada daha çox işıqlandırıldığını deyib:

 

“Ailə daxili cinayətlərə gəldikdə isə bu hər zaman olub. Ola bilər ki, insanlar pandemiya vaxtı mətbuatı, sosial şəbəkələri daha tez-tez izləyir. Belə hadisələrlə daha çox rastlaşırıq. Hadisələr hər zaman olub, sadəcə indi daha çox qabardılıb, göz önünə qoyulur. İndiki dövrdə baş verən cinayətləri əhali arasında daha tez yaymaq olur.

 

Biz Qafqaz ölkəsiyik. İstər cənubi, istərsə də şimali Qafqaz ölkələrində yaşayanlar bir az qanı qaynar millətlərdir. Yəni bizdə hər hadisəyə soyuq, biganə yanaşmaq yoxdur.  Tez alışan millətik.

 

Onu da qeyd edim ki, harada cəmiyyət, insan faktoru varsa, orada cinayət, oğurluq olacaq. İnsan mürəkkəb xarakterlidir. Bir daha bildirim ki, pandemiya cinayətlərin artımına təsir edən amil deyil, əksinə azalda bilər”.

 

 

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Modern.az-a açıqlamasında bildirib ki, ölkədə kriminogen vəziyyət sabitdir və istisna bir hal yoxdur:

 

“Ölkədə kriminogen vəziyyət sabitdir. Xüsusi olaraq hansısa bir istisna hal yoxdur. Əməliyyat şəraiti Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılır. Kriminogen məsələlərdə hansısa narahatedici hal müşahidə olunmayıb”.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:09 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48 Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI 16 Oktyabr 2021, 22:26