Arxiv
24 Sentyabr 2021, 11:44 | AKTUAL
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisindən FOTOLAR

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

 

Modern.az xəbər verir ki, uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

 

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri davam etdirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol Türkiyənin tikintisi sahəsində ixtisaslaşmış şirkəti olan “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı, həmçinin yerli şirkət “Azvirt” MMC birgə icra edir.

 

Avtomobil yolunun ilk 81 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edəcək.

 

Torpaq işlərinə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə layihə üzrə nəzərdə tutulan boruların quraşdırılması işləri, eyni zamanda topoqrafiya-geodeziya işləri və layihəyə uyğun olaraq ərazinin təmizlənməsi icra olunur.

 

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 6015 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur. Belə ki, hazırda 8  körpünün təməl və svay işləri görülür. 

 

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq yekunlaşıb. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub. 

 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. 

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. 

 

 




BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48 Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI 16 Oktyabr 2021, 22:26 “Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı 16 Oktyabr 2021, 22:08 Braziliyada qayıq batdı - Ölənlər var 16 Oktyabr 2021, 21:53 ABŞ-dan öldürdüyü şəxslərin ailələrinə təzminat TƏKLİFİ 16 Oktyabr 2021, 21:35 Yük maşınlarını qəzalardan qorumaq üçün bu qurğudan istifadə edilməlidir - Taxoqraf nədir? 16 Oktyabr 2021, 21:09 IDEA ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş - FOTO 16 Oktyabr 2021, 21:05 Həmədan eşşəyinin quyruğu... 16 Oktyabr 2021, 20:56 Qatar gənc oğlanı vurub öldürdü 16 Oktyabr 2021, 20:33 Sedat Peker üçün 392 il həbs TƏLƏBİ   16 Oktyabr 2021, 20:29 Bəzi iqtisadi rayon adlarında DƏYİŞİKLİK 16 Oktyabr 2021, 20:16