Modern.az

Heydər məscidində şəhidlərin xatirəsi anılıb

Heydər məscidində şəhidlərin xatirəsi anılıb

27 Sentyabr 2021, 09:44

Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd edilir. Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

 

Modern.az xəbər verir ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən Heydər məscidində dərin ehtiramla yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?