Arxiv
27 Sentyabr 2021, 17:57 | AKTUAL
“Azərsu”da şəhid ailələrinin iştirakı ilə tədbir - FOTOLAR

27 sentyabr Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbər verir ki,  “Azərsu”ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zəfər tarixinə nəzər salaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən uzun illər həllini tapmamış və aparılan danışıqlar nəticəsiz qalmışdır: “2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin  qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endiriblər.

 

Vətən müharibəsində “Azərsu” ASC kollektivinin üzvləri də səfərbər olunub. Ümumilikdə 188 əməkdaşımız müharibədə iştirak edib, onlardan 3  nəfəri şəhid olub, 23 nəfəri isə yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivimizin 21 nəfərinin ailə üzvü şəhid olub, 45 ailə üzvü isə yaralanıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub  və onlardan 1 nəfər  xidməti vəzifəsini  yerinə yetirərkən yaralanıb”. 

 

Azərbaycan Su Təsərrüffatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov bildirib ki,  Vətən müharibəsində şəhid olmuş əməkdaşların ailələri, qazilər, xüsusilə döyüşlərdə yaralananlar daim diqqət mərkəzində olub, onlara hər zaman maddi və mənəvi dəstək göstərilib. 

 

Şəhid Məzdək Eyvazlının atası Əli Eyvazlı və şəhid Niyaməddin Sultanzadənin atası Hüsaməddin Sultanov müharibənin ağrı-acılarla yanaşı xalqımıza böyük qürur hissi yaşatdığını qeyd edib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.  

 

Daha sonra “Azərsu”ASC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları Ramil Səmədov, Nicat Məmmədov və Mirhəmzə Ağamalızadə döyüş xatirələrini danışıb və qeyd olunub ki, döyüşlərdə iştirak edən əməkdaşlarımızın qəhrəmanlığından kollektivimizin hər bir üzvü qürur hissi keçirir. 
Tədbirdə qeyd olunub ki, Vətən müharibəsi şəhidlərinin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və onların qəhrəmanlıqları unudulmayacaq. Azərbaycan dövləti bütün dövrlərdə olduğu kimi, bundan sonra da şəhid ailələrinin və qazilərin problemlərinin həllinə xüsusi diqqət göstərəcək.

 

"Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR "Azərsu” ASC-də şəhid ailələrin iştirakı ilə tədbir keçirildi- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34