Modern.az

“Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU

“Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU

Aktual

28 Sentyabr 2021, 10:53

 

“Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır. Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması sistemsiz xarakter daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib.

 

S.Yusifova qeyd edib ki, Azərbaycan Prezidentinin hər zaman bildirdiyi kimi,  biz qələbəni bayrağı sancan, öz sinəsini qabağa verən, ölümün gözünə dik baxan qəhrəman hərbiçilərimizə və şəhidlərimizə borcluyuq:

 

 

“Bu gün böyük qürur və fəxrlə Azərbaycanın haqq və şərəf savaşında öz canlarını fəda etmiş, adını qızıl hərflərlə tariximizə yazmış qəhrəmanlarımızı anırıq. Onların xatirəsini əbədi yaşatmaq, onlara olan ehtiramı daim uca tutmaq üçün 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti 27 sentyabr - Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Dünən Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının birinci ildönümünü, birinci Anım və Milli Qürur gününü qeyd edirdi”.

 

 

Şöbə müdirinin sözlərinə görə, bu portalın fəaliyyəti də şəhidlərimizin ailə üzvləri ilə sıx əməkdaşlıq formatında qurulacaq:

 

“Hər bir şəhid haqqında məlumatlar dəqiqləşdiriləcək, portal onların təqdim etdiyi məlumatlarla daha da zənginləşdiriləcək. Şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin, doğmalarının hər zaman qayğı ilə əhatə olunması dövlətimizin əsas vəzifələrindən biridir.

 

Həm şəhidlərin ailə üzvləri, həm sağlamlığını itirən qazilərimizin sosial müdafiəsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu portalın fəaliyyəti də şəhidlərimizin ailə üzvləri ilə sıx əməkdaşlıq formatında qurulacaq, hər bir şəhid haqqında məlumatlar dəqiqləşdiriləcək, portal onların təqdim etdiyi məlumatlarla daha da zənginləşdiriləcək”.

 

Fidan İlqar

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI