Arxiv
28 Sentyabr 2021, 16:00 | AKTUAL
“Azərbaycanın yanındayıq”- Güneyli təşkilatlar bəyanat yaydı

27 sentyabr tarixi Azərbaycanda və dünyadakı soydaşlarımız yaşayan digər ölkələrdə Şəhidlərin Anım günü kimi qeyd olunub. Güney Azərbaycan təşkilatları da torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş 44 günlük Vətən Müharibəsinin başlandığı günlə bağlı bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun yaydığı bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dahi rəhbərliyi ilə erməni təcavüzünə qarşı başlanan hərbi əməliyyatlar nəticəsində işğal olunmuş torpaqların böyük hissəsi ana vətənə geri qaytarıldı. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın igid əsgərləri, gizirləri və zabitləri öz canlarını qurban verərək 30 illik erməni işğalına son qoydu. Azərbaycan əsgəri beynəlxalq təşkilatların, o cümlədən mənasız qətnamələr qəbul edən BMT-nin 30 il çözə bilmədiyi münaqişəni həll etdi”.

Bəyanat müəllifləri canını vətən yoluna fəda etmiş şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edib, sağlamlığını itirmiş qazilərə şəfa arzulayıblar.

“Bu müqəddəs Vətən savaşında şəhid olan, yaralanan, 30 ildə erməni işğalına və cinayətkarlığına məruz qalan hər kəsi hörmətlə yad edirik. Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tuturuq”,-deyə bəyanatda bildirilir.

Güney Azərbaycan təşkilatları Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamış İran rəhbərliyinin fitnəkar siyasətini pisləyib:

“İran-fars rejiminin Azərbaycan cümhuriyyətinin sınırlarına ordu yığmasını və bəzi yetkililərin Azərbaycana qarşı uyğunsuz çıxışlarını şiddətlə qınayırıq. Biz Güney Azərbaycan Milli Hərəkatına daxil olan təşkilatlar hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu hər cür təhlükələrdən qorumağa hazırıq”.

Bəyanatı Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun üzvü olan aşağıdakı təşkilatlar imzalayıb:

  • 1. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
    2. Azərbaycan Mərkəz Partiyası (AMP)
    3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
    4. Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
    5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)
    6. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
    7. Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
    8. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
    9. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Azərbaycanda neçə yaşayış məntəqəsi qazlaşdırılmayıb? 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutuna yeni direktor təyin olundu 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin artdı 28 Oktyabr 2021, 17:36 Bakıda avtobusun şüşələri adam sıxlığından sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" Siyəzəndə sahibkarlarla 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18