Modern.az

Dünyada ilk: Dronlar meşə saldı

Dünyada ilk: Dronlar meşə saldı

Dünya

10 Oktyabr 2021, 23:23

Dünyada ilk dəfə olaraq Xorvatiyada dronlar çətinliklə gedilə bilən ərazilərdə meşələr salıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Europulse” nəşri yazıb.

 

Nəşr qeyd edir ki, bu məqsədlə dronlarda yüksək hündürlükdən ucqar dağlıq bölgələrə atılan xüsusi “toxum bombaları” yaradılıb.

 

Dronların hər biri doqquz kapsula daşıya bilməsi üçün uyğunlaşdırılıb. “Bomba”nın quruluşu dronun gövdəsinə asanlıqla yerləşdirilə biləcək şəkildə hazırlanıb. Cihazlar avtomatik rejimdə işləyir.

 

Bildirilir ki, Yunanıstan, Albaniya və ABŞ artıq Xorvatiya layihəsinə maraq göstərib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!