Modern.az

“Müstəqillik günü haqqında” qanun layihəsi 1-ci oxunuşdan keçdi

“Müstəqillik günü haqqında” qanun layihəsi 1-ci oxunuşdan keçdi

11 Oktyabr 2021, 16:56

“Müstəqillik günü haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

 

Modern.az-ın  məlumatına görə, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Qanun layihəsinə əsasən, Azərbaycanda 28 Mayın "Müstəqillik günü" və 18 Oktyabrın "Müstəqilliyin bərpası günü" adlandırılması təklif edilib.

 

İndiyə qədər Azərbaycanda 28 May Respublika günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik günü kimi qeyd ediləcək.

 

18 Oktyabr isə Dövlət müstəqilliyi günü kimi qeyd olunur və bu tarix rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin bərpası günü adlandırılacaq.

 

Qanun layihəsində bildirilib ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.

 

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir