Arxiv
12 Oktyabr 2021, 09:35 | ZƏNGƏZUR
Rusiya və İran 208 il öncə Bütöv Azərbaycanı böldülər - “Gülüstan müqaviləsi"…

Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən "Gülüstan müqaviləsi”nin bağlanmasından 208 il ötür.

Modern.az
xəbər verir ki, 1813-cü ilin 12 oktyabr tarixində imzalanan həmin müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü.

1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində bağlanan, birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə tarixə imzalandığı yerin adıyla “Gülüstan müqaviləsi” kimi yazılıb. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə imperiyanın Gürcüstandakı komandanı Nikolay Ratişev imzalayıb. Bu sülh müqavilənin şərtlərinə əsasən, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiya İmperiyasına verilib.

208 il öncə Azərbaycan türklərini iki yerə ayıran "Gülüstan" müqaviləsi özündən sonra xaqımızın həyatında dəhşətli hadisələr üçün pis başlanğıc olub.

“Gülüstan”la fars və rus işğalçılığına qarşı dura bilməyən xalqımızın aqibətinə hələlik davam edən ayrılıq, parçalanma yazıldı. Adıçəkilən müqavilə ilə farslarla ruslar torpaqlarımızı şəxsi mal kimi öz aralarında böldülər. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz əlimizdən çıxdı. “Gülüstan”dan sonra ardıcıl olaraq yurdumuz böyük faciələrə tuş gəldi

Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən yağılar öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Bu gün həmin dostluq davam etməkdədir.

Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı. Azərbaycandan – bölüşdürülən torpaqdan kimsə orada iştirak etmədi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük maşını təyyarə ilə toqquşdu 7 Dekabr 2021, 00:49 Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?