Modern.az

Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik

Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik

Aktual

16 Oktyabr 2021, 23:44

Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayevi təbrik edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə "Facebook" profilindəki paylaşımında bildirib.

 

Qayıbov 60 kq çəki dərəcəsində çempion olan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

 

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!