Modern.az

Bakıda yanğın: 10 nəfər təxliyə edildi

Bakıda yanğın: 10 nəfər təxliyə edildi

18 Oktyabr 2021, 19:16

Bakı şəhərinin Qaradağ rayonunda mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və mansarda yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı