Modern.az

Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ

Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ

19 Oktyabr 2021, 15:38

“Hazırda koronavirus infeksiyasına yoluxma ilə yanaşı, fəsli olaraq digər kəskin respirator virus infeksiyalarının da artımını görürük. Aydın məsələdir ki, insan iki və daha çox infeksiyaya yoluxarsa, bu zaman xəstəliyin gedişatı daha ağır ola bilər”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov bildirib.

 

T. Bayramov qeyd edib ki, bu bir ehtimaldır: “Belə halları digər infeksiyalarda da görürük. Koronavirusun keçənilki statistikasına nəzər yetirsək, görərik ki, ötən il digər respirator infeksiyalarına rastgəlmə tezliyi əvvəlki illərlə müqayisədə daha az olub. Bunu onunla izah etmək olar ki, hava-damcı infeksiyalarından qoruma tədbirləri bizim koronavirusa gösrə istifadə etdiyimiz qoruma tədbirləri ilə (maska, sosil məsafə) eynidir. Ona görə də təmasın az olması, qaydalara ciddi əməl edilməsi səbəbindən bu xəstəliklərə az rast gəldik. Nəzəri olaraq, iki infeksiya birlikdə keçirilərsə, biri digərinin gedişatını müəyyən qədər ağırlaşdıra bilər. Belə hallara nadirən rast gəlinib”.

 

İnfeksionist bildirib ki, risk qrupuna aid olan insanlar, yaşlılar, hamilə qadınlar müxtəlif xroniki xəstəliyi olan şəxslər təbii ki, qrip infeksiyasını ağır keçirə bilərlər:

 

“Ona görə də belə bir dövrdə, koronavirus və fəsli qripin yayılma ehtimalı var. Risk qrupuna aid olan şəxslərin qripə qarşı peyvənd olunmalarını tövsiyə edirik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı