Arxiv
19 Oktyabr 2021, 23:31 | ANALİTİKA
Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL

Bakının beş ermənini təhvil verməsi fonunda İrəvanın son günlər mövqeyində müşahidə olunan bəzi dəyişikliklər diqqət çəkir.


Birincisi, Ermənistan Müdafiə Nazirliyinin ombudsman Armen Tatoyanın sərhəddə Azərbaycanın təxribatları ilə bağlı iddiasını təkzib etməsidir:


Tatoyan Arazdəyən kəndi istiqamətində Azərbaycan ordusunun mülki əhaliyə qarşı təxribat törətdiyini, o cümlədən, Geqarnukla sərhəddə mühəndislik işləri apardığını, şəxsi heyətin sayını artırdığını, yolların inşa edildiyini və bütün bunların təxribat hazırlığı olduğunu iddia edirdi.

Ermənistan MN Tatoyanın iddiasını reallıqdan uzaq və şişirdilmiş adlandırdı.


Bu təkzib erməni cəmiyyətinin sakitləşdirilməsinə də hesablanıb, hərçənd, İrəvanın Bakı ilə indi qarşıdurmaya getmək istəməməsindən də xəbər verir.


İkincisi, Ermənistan tərəfi Qarabağda yaralanan 6 erməni terrorçu ilə bağlı məsələnin üzərinə getmədi: Rusiya MN-nin reaksiyası da sakit oldu;


Üçüncüsü, Moskvada Putinlə görüşdən sonra MDB iclasında çıxış edən Paşinyan Zəngəzur dəhlizinin (Naxçıvanla kommunikasiya əlaqəsinin yaradılması) açılmasına razı olduqlarını açıq şəkildə dilə gətirdi;


Dördüncüsü, son bir neçə gündə Ermənistanın hakim partiyasının deputatlarının Qarabağa dair fikirləri diqqət çəkir.


- Viqen Xaçatryan bildirdi ki, “Ermənistanın Qarabağsız gələcəyi yoxdur fikrini irəli sürmək təhlükəlidir, əsas məqsəd Ermənistan olmalıdır, Qarabağ yox. Bu ərazilərin Ermənistan ərazisi olduğu ilə bağlı heç bir söhbət gedə bilməz, məsələ “bu insanların (Qarabağdakı ermənilər-red.) həyatı Azərbaycanın tərkibində təhlükəlidirmi” şəklində qoyulmalıdır;


- Qaqik Melkonyan bildirdi ki, “Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı Ermənistan yox, Rusiyadır, orada nə baş verir sualının cavabı da Rusiya səfirliyindədir”.


Paşinyanın komandasından olan deputatların belə fikirləri rəsmi İrəvanın Qarabağa dair real mövqeyi hesab oluna bilər, sadəcə olaraq, erməni cəmiyyətinin nəbzinə uyğun daha ehtiyatla ictimaiyyətləşdirilir.


Və müşahidə olunan bu proseslərin bir-birinə bağlı iki mümkün səbəbi var:

  • 1. Sülh sazişi üzərində müzakirələr aparılır, xüsusilə Soçi görüşündən sonra proses daha aktiv şəkil alıb: cari prioritet kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsidir;

  • 2. Paşinyan hakimiyyəti Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir və ermənilərin etirazını məsuliyyəti Rusiyanın üzərinə yükləməklə neytrallaşdırmağa çalışır;

  • Bu kontekstdə ermənilərin bir qisminin İrəvana təhvil verilməsi proseslərin Bakının istəyinə uyğun məcrada inkişaf etdiyi və beş erməninin də atılacaq (yaxud atılmış) addımların qarşılığında verildiyi ehtimalını ön plana çıxarır.


    Asif Nərimanlı

    Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19
    SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?