Modern.az

Şəhidin il mərasimi keçirilib

Şəhidin il mərasimi keçirilib

Aktual

20 Oktyabr 2021, 14:41

Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Sənan Ələsgərzadənin bu gün il mərasimi keçirilib.

 Modern.az xəbər verir ki, mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

         
Əvvəlcə Şəkinin Əliyar kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Sənan Ələsgərzadənin keçdiyi döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən bəhs edilib.

         
Qeyd edək ki, Sənan Ələsgərzadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi