Modern.az

Saakaşvili aclığın 20-ci günü təslim oldu

Saakaşvili aclığın 20-ci günü təslim oldu

Dünya

20 Oktyabr 2021, 15:39

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili tibbi yardım göstərilməsinə razı olub.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, vəkil Dito Sadzaqlişvili Mixail Saakaşvilinin açıq məktubunu yayımlayıb.

 

“Həbsdə olduğum müddətdə heç bir halda qida qəbul etməyəcəm, ölümə belə hazıram. Eyni zamanda, sağlam düşüncə və iş qabiliyyətimi saxlamaq da istəyirəm. Buna görə də huşumun yerində olması üçün həkimlərin medikamentoz müdaxiləsinə razılıq verirəm”- deyə Saakaşvili bildirib.

 

20 günə yaxın müddətdə aclıq aksiyası keçirən siyasətçinin Rustavidəki həbsxanadan Tbilisidə yerləşən “Vivamed” klinikasına yerləşdiriləcəyi  gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı