Modern.az

Koronavirusun ən təhlükəli ştamı: “AY.4.2” barədə nə bilirik?

Koronavirusun ən təhlükəli ştamı: “AY.4.2” barədə nə bilirik?

Dünya

21 Oktyabr 2021, 12:46

Koronavirusun yeni və daha yoluxucu “AY.4.2” ştamı bütün dünyanın diqqətini özünə cəlb edib.

 

Modern.az xəbər verir ki, yeni aşkar olunmuş ştam Böyük Britaniyada yayıldıqdan sonra ABŞ, İsrail və Rusiyada da aşkar olunub.

Virusun yeni mutasiyasının dünyaya pandemiyanın yeni dalğasını  gətirməsi gözlənilir. Hindistanda yaranmış “delta” ştamının törəməsi olan “AY.4.2” ştamının təbiəti və sağlamlığa vura biləcəyi zərərin tam miqyası müəyyən olunmayıb.

 

“Məlumdur ki, yeni ştam “delta”dan 10-15% daha yoluxucudur. “AY.4.2” koronavirusun ən çox yayılmış ştamı ola bilər. Yeni mutasiyanın simptomları dərhal özünü biruzə verir. Amma o eyni zamanda 1 insandan 9 nəfərə virusu ötürmək qabiliyyətinə də malikdir”, - deyə London universitet kollecinin professoru Fransua Ballu açıqlama verib.

 

“AY.4.2” mutasiyası dünyanın fərqli laboratoriyalarında öyrənilir. Əsas narahatedici məqamlardan biri onun vaksinlərə qarşı müqavimət dərəcəsi ilə bağlıdır. İlkin ehtimallara əsasən, əksər vaksinlər “AY.4.2” mutasiyasına qarşı da effektivdir və pasientlərdə ağırlaşma hallarının qarşısını uğurla alır.

 

“Yaxın 2,3 yaxud 4 həftə yeni ştamın nələrə qadir olacağını bizə göstərəcək. Hazırda virus Britaniyada elə də sürətlə yayılmayıb. Həyəcan təbili çalmağa dəyməz amma virusa diqqət göstərmək vacibdir”, - deyə Rusiya Fizika və Texnika İnstitutunun genom mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov söyləyib.

 

Virusoloqlar “delta” ştamının bu günə qədər 56 fərqli mutasiyasının yarandığını açıqlayıblar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər