Arxiv
22 Oktyabr 2021, 16:34 | AKTUAL
50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ

Əvvəlcədən elan edildiyi kimi, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

 

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

 

Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.

 

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur 30 Noyabr 2021, 15:33 İranda daha 119 nəfər koronavirusdan öldü 30 Noyabr 2021, 15:21 Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi 30 Noyabr 2021, 15:15 Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53 Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!” 30 Noyabr 2021, 13:49 3 baş nazirləri bir arada 30 Noyabr 2021, 13:43 “Omicron” təhlükəli deyil 30 Noyabr 2021, 13:42 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - Nazir 30 Noyabr 2021, 13:40 SOCAR-ın strategiyasında alternativ enerji yer alıb 30 Noyabr 2021, 13:40 Dekabrın ilk gününün HAVASI 30 Noyabr 2021, 13:37 Azərbaycan Türkiyəyə başsağlığı verdi 30 Noyabr 2021, 13:32 ABŞ səfirliyindən “Lütfi Zadə AÇIQLAMASI” 30 Noyabr 2021, 13:28 Ukraynalı nazir: “İndi əsas məqsəd Rusiyanı cilovlamaqdır” 30 Noyabr 2021, 13:24 COVID-19-a yoluxmuş şagirdlərin SAYI 30 Noyabr 2021, 13:19 Əlvida, nağaranın ŞAHI - Səndən bir də olmayacaq! 30 Noyabr 2021, 13:14 Baş prokurorun 1-ci müavini qəza yerinə getdi 30 Noyabr 2021, 13:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?