Modern.az

Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR

Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR

Aktual

25 Oktyabr 2021, 12:26

Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi barədə araşdırma aparılır.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

 

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

 

Qeyd edək ki, K. Namazovun beş gün əvvəl nigaha daxil olduğu bildirilir.

 

Sosial şəbəkələrdə K. Namazovun döyülərək, xəsarət aldığı barədə iddialar irəli sürülür..

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü