Arxiv
17 Noyabr 2021, 09:41 | ZƏNGƏZUR
Ermənistan mətbuatı müdafiə nazirini biabır etdi: səngər qazdığına görə medal alıb

Ermənistanın yeni müdafiə naziri Suren Papikyanın tərcümeyi-halındakı qeydlərdən biri onu ölkə mətbuatının hədəfinə çevirib. Media Papikyanın hansı xidmətlərinə görə 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin yüksək təltifinə - “Qaregin Njde” medalına layiq görüldüyünü araşdırıb və biabırçı nəticə əldə edib.

Məsələ burasındadır ki, “Qaregin Njde” medalı ilə təltif edilən şəxslər ordu quruculuğu və hərbi hazırlıq, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində mühüm xidmətləri olan zabitlər və kiçik zabitlər olmalıdır.

Digər meyarlara görə, Ermənistan sərhədlərinin mühafizəsində, xidmət müddətində hərbçilərin həyatı üçün təhlükənin aradan qaldırılmasında şəxsi şücaət göstərmiş hərbi qulluqçular, Ermənistan ordusunun yaradılmasında və möhkəmlənməsində mühüm xidmətləri olan şəxslər də "Qaregin Njde" medalı ilə təltif edilə bilər.


Ermənistan mediası yazır ki, Suren Papikyan indiyə kimi sadalanan meyarların heç birinə uyğun xidmət göstərmədiyindən, həmin medalı ala bilməz.

“Suren Papikyan nə gizir, nə də zabitdir, ona görə də bu məqam ona aid ola bilməz”.

Qeyd edilir ki, Suren Papikyan medalı 2016-cı ildə alıb və təxminən 10 il bundan əvvəl hərbi xidmət keçib. Xidmət zamanı isə o, komandirini bıçaqlayıb, buna görə 1 il müddətinə azadlıqdan məhrum edilib, sonra 2007-ci ildə amnistiya ilə azadlığa çıxıb.


Bildirilir ki, Suren Papikyan Rusiya hərbi birləşməsində xidmət etdiyinə görə erməni ordusunun formalaşmasında böyük töhfə verə bilməzdi.


“Onun rəsmi tərcümeyi-halında medalı hansı şəraitdə alması qeyd olunmur, nə də açıq mənbələrdə Papikyanın konkret əməlinə görə təltif olunduğu barədə məlumat yoxdur”,-deyə yazan “Hraparak” qəzeti bunu Müdafiə Nazirliyindən öyrənməyə çalışsa da, cavab ala bilməyib.

 

“Hraparak” öz mənbələrindən dəqiqləşdirib ki, Suren Papikyan həmin medalı 2016-cı ildə baş vermiş “Aprel müharibəsi”ndən sonrakı dövrdə səngər qazdığına görə alıb.

Qeyd edilib ki, 2016-cı il mayın 14-də Qarabağa ezamiyyətə göndərilən Papikyan keçmiş Ağdərə rayonunun Canyataq kəndi ərazisində səngər qazılmasında iştirak.

“Aprel döyüşlərindən sonra çoxlu könüllü dəstələr gedib orduya dəstək verdilər, çünki cərgələri tez doldurmaq lazım idi. Papikyan da o zaman  Paşinyanın qrupunda mühəndis təminatı işlərində iştirak edib”.

Qəzet yazır ki, keçmiş müdafiə naziri Seyran Ohanyanın sözlərinə görə, Papikyanın “Qaregin Njde” medalı səngər qazdığına və ya mühəndis işlərində iştirak etdiyinə görə verilib.

 

 A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?