Modern.az

Nazir qəbul keçirəcək

Nazir qəbul keçirəcək

Təhsil

22 Noyabr 2021, 09:22

26 noyabr 2021-ci il tarixində saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir sakinlərini və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlarımızı videobağlantı vasitəsilə qəbul edəcəyəm.

Modern.az xəbər verir ki, bu elanı Təhsil naziri Emin Əmrullayev verib.

Nazir bildirib ki, qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 24 noyabr saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edə və ya nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact) əlaqə bölməsi vasitəsilə videoqəbula yazıla bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər