Modern.az

Mədəniyyət Nazirliyində islahat aparılır

Mədəniyyət Nazirliyində islahat aparılır

Mədəni̇yyət

22 Noyabr 2021, 14:22

“Mədəniyyət Nazirliyinin aparat strukturu təsdiqlənib, yenilənmələr var. Yenilənmənin məqsədi müasir çağırışlara cavab verməkdir”.

 

Modern.az-ın məlumatına görə, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

 

 

E.Əliyev bildirib ki, Mədəniyyət Nazirliyində Strateji inkişaf və layihə idarəedilməsi şöbəsi təsis edilib:

 

“Eyni zamanda biz istəyirik ki, layihəyönümlü yanaşma, koorporativ idarəçilik tətbiq edilsin ki, konkret məqsədlər və hədəflərə yönümlü bir idarəçilik olsun.

 

Növbəti mərhələdə Mədəniyyət Nazirliyinin sistemində islahatlar aparılmalıdır. Birinci hüquqi islahatlardır ki, bəzi müəssisələrdə hüquqi status tam formalaşmayıb. Bu da müəssisələrin fəaliyyətinə maneə törədir. İkinci istiqamətdə struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunların ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. Bu yaxınlarda razılaşdırma prosesini yekunlaşdıracağıq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etməkdir. Eyni zamanda Azərbaycanın dünya kino səhnəsi kimi inkişaf etdirilməsidir”.

 

Nazir müavini deyib ki, biz Azərbaycanın kino çəkilişi baxımından çox maraqlı səhnə olmasını sübut etməliyik.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi