Modern.az

Bu universitetdə 100-dən çox tələbə koronavirusa YOLUXUB

Bu universitetdə 100-dən çox tələbə koronavirusa YOLUXUB

23 Noyabr 2021, 11:45

"Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb".

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.

 

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib:

 

"Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?