Modern.az

NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu

NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu

1 Dekabr 2021, 08:16

Amerikalı astronavtlar Tom Marşbern və Kayla Berron dekabrın 2-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxacaqlar.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

 

Bundan əvvəl noyabrın 30-na planlaşdırılan astronavt missiyası “stansiyaya yaxınlaşan dağıntılar” xəbərləri səbəbindən ləğv edilib:

 

"NASA dağıntıların orbitinin Tom Marşbern və Kayla Berronun planlaşdırılan kosmos səyahəti üçün heç bir təhlükə yaratmadığını müəyyən edib. Stansiyadakı nasaz antenanı əvəz etmək üçün kosmosa çıxış dekabrın 2-i cümə axşamına planlaşdırılır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu